Fikrət Məmmədovun qəbul qrafiki açıqlandı - Tarix

img

05-06-2017 [18:09]


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən iyunun 8-də Lerik rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Lerik rayonu Mədəniyyət Mərkəzində (ünvan: Lerik şəhəri, A.Əsədullayev küçəsi 22) keçiriləcək qəbulda Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Lənkəran regional ədliyyə idarəsi (ünvan: Lənkəran şəhəri, H.Abdullayev küçəsi 15; əlaqə telefonu: (02525) 4-26-72, 4-07-88, (050) 326-99-94), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Lerik rayonu Mədəniyyət Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA