""Facebook"dakı bu səhifə bizim deyil" - DİM-dən xəbərdarlıq

img

05-06-2017 [16:35]


Dövlət İmtahan Mərkəzi "Facebook" istifadəçilərinə müraciət edib.

DİM-dən mia.az-a verilən xəbərə görə, aparılan araşdırmalar və qurumun səhifəsinə ünvanlanmış çoxsaylı müraciətlər nəticəndə "Facebook" sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzi adı ilə bir çox saxta səhifə və qrupların fəaliyyət göstərdiyi müəyyənləşib.

Həmin səhifə və qruplarda imtahanlar, qəbul kampaniyasının gedişi, eləcə də DİM-in fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır.

Mərkəz istifadəçilərin nəzərinə çatdırır ki, DİM-in bu səhifədən (https://www.facebook.com/stateexamcenter/ ) başqa heç bir rəsmi "Facebook” səhifəsi fəaliyyət göstərmir: "Yalnız bu səhifədə rəsmi məlumatlar verilir və istifadəçilərin suallarına doğru cavablar təqdim olunur. Sizdən xahiş edirik ki, DİM adı ilə yaradılmış saxta "Facebook” səhifələrindən istifadə etməyəsiniz".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA