Prezident Elçin Quliyev və generallarla bağlı sərəncam verdi - Təyinat

img

05-06-2017 [14:41]


Prezident İlham Əliyev E.İ.Quliyevin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Mia.az-ın məlumatına görə sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elçin İsağa oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilsin".

Prezident bundan başqa Dövlət Sərhəd Xidmətində ali hərbi rütbəli vəzifələrin Siyahısı”nın təsdiq edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində ali hərbi rütbəli vəzifələrin Siyahısı” təsdiq edilsin.

2. "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində ali hərbi rütbəli vəzifələrin Siyahısi”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 avqust tarixli 1356 nömrəli Sərəncamının 1-ci hissəsi ləğv edilsin".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA