05-06-2017 [13:58]
Jurnalistlər üçün yeni tikilmiş binadakı mənzillər əsasən, Prezident Administrasiyası tərəfindən müəyyənləşdirilmiş şəxslərə təqdim olunacaq.
Mia.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Əflatun Amaşov deyib.
Keçən dəfə jurnalistlərə mənzillərin verilməsi məsələsinin Mətbuat Şurasına (MŞ) həvalə edildiyini xatırladan Ə.Amaşov bu dəfə işin MŞ, KİVDF və MTRŞ-nın birgə yaratdığı komissiya tərəfindən görüləcəyini söyləyib: "Məncə keçən dəfə biz bu məsələni layiqincə yerinə yetirdik. Evləri obyektiv bölüşdürdük və heç bir səs-küy də olmadı. Hesab edirəm ki, bu dəfə də elə olacaq. Lakin bu dəfə evlərin sayı çox olduğundan biz belə qərara gəldik ki, yalnız MŞ deyil, KİVDF, MTRŞ da bu işə cəlb edilsin. Artıq 3 qurumun birgə komissiyasını yaratmışıq. Bu komissiya tərəfindən sənədlər qəbul ediləcək”.
Ə.Amaşov əlavə edib ki, bu dəfə fəaliyyətin daha obyektiv olması üçün redaksiyaların təqdim etdiyi namizədlərin sayının artırılması qərara alınıb:
"Məsələn, telekanallara ən çoxu 5 evin verilməsi nəzərdə tutulurdusa, onlar indi 10 namizəd verə bilərlər. Gündəlik qəzetlərdə bu rəqəm 3 idisə, namizədlərin sayı indi 6 ola bilər. Namizədlər verildikdən sonra sənədlər PA-ya təqdim olunacaq. Bu evlər əsasən, PA tərəfindən müəyyənləşdirilmiş şəxslərə təqdim olunacaq”.
Ə.Amaşov bildirib ki, təqdim ediləcək namizədlərdən konkret neçəsinə evin veriləcəyi hələ bəlli deyil. Bununla bağlı konkret say həddi müəyyənləşdirilməyib.
MŞ sədri qeyd edib ki, evlərin verilməsi zamanı say müəyyənləşdirilərkən kollektivin sayı da nəzərə alına bilər: "Agentliyin 6 namizədi olursa, onun təqribən 3-nə ev veriləcək. Ancaq hələ ki, sayı dəqiq demək olmur. Məsələn, "Azərtac”ın yüzdən çox işçisi var. Çox güman ki, KİV-dəki jurnalistlərin, kollektivin sayı da nəzərə alınacaq”.
Qeyd edək ki, jurnalistlər üçün yeni tikilən binalarda mənzil almaq üçün televiziya və radio yayımçıları 10, gündəlik qəzet və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd irəli sürə bilər.
Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-də isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir.
Müvafiq sənədlər 2017-ci il mayın 22-dən iyunun 22-dək Komissiyaya təqdim edilməlidir.
Komissiya toplanmış sənədləri iyunun 30-dək Prezident Administrasiyasına təqdim edəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi