Prezident Ilham Əliyev Bakının ərazi inkizaf planı ilə tanız olub

img

17-07-2010 [12:11]


Bu gün prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakının ərazi inkişaf planı ilə tanış olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov prezident İlham Əliyevə Bakı şəhərinin Baş Planının (1986-2005-ci illər) icrası barədə məlumat verib. Bakı Dövlət Layihə İnstitutu tərəfindən 1:500 miqyasında hazırlanmış maket üzərində prezident İlham Əliyevə inşası başa çatmış və hazırda davam edən tikililər haqqında məlumat verilib. Dövlət başçısı Bakının küçə və prospektlərində, şəhərin digər yerlərində aparılacaq abadlıq və tikinti-quruculuq işləri ilə maraqlanıb. Prezident İlham Əliyev Bakıda aparılacaq tikinti işlərinin müasir tələblərə uyğun icrası barədə konkret tapşırıqlar, yeni tikililərlə bağlı təkliflərin hazırlanması barədə göstərişlər verib. Dövlət başçısı qeyd edib ki, Bakının sahilboyu ərazilərində turizmin inkişafı üçün böyük imkanlar var. Bu məqsədlə dənizkənarı ərazilərdə kurort zonalarının salınması daha yaxşı olar. Dübəndi, Türkan və Zığ ərazilərində inkişafın layihələndirilməsi işlərinə başlanılıb. Yeni tikililərdə problemlər kompleks şəkildə həllini tapmalıdır. Bundan əlavə, şəhərin mərkəzində sənaye müəssisələrinin inşasına icazə verilməməlidir. Sonra dövlət başçısına Bakının mərkəzinin üçölçülü sxemi əsasında görüləcək işlər barədə məlumat verilib. Qeyd olunub ki, tikinti ərazilərinin sahibkarlara məhəllələr üzrə təklif edilməsi və inşaat işlərinin vahid layihə əsasında aparılması daha səmərəli nəticələr verər. Bu zaman yaşayış sahələri ilə yanaşı, parkların və əyləncə yerlərinin yaradılması da əvvəlcədən nəzərə alınmalıdır. Bununla yanaşı, məhəllələrin inşası zamanı avtomobil yollarının genişləndirilməsi tıxacların aradan qaldırılmasına və hərəkətin sərbəstliyinə imkan yaradar. Prezident İlham Əliyev Bakı şəhərinin mərkəzi hissəsinin yenidən qurulmasının müfəssəl planlaşdırma layihəsi və təklif olunan nəqliyyat sxemi ilə birlikdə istinad planı, Bakı Baş planının 2030-cu ilədək inkişaf konsepsiyasının əsas prinsipləri ilə tanış olub. Dövlət başçısına Sumqayıt və Xırdalan şəhərlərinin ərazi inkişaf planı haqqında da məlumat verilib. Azərbaycan paytaxtına yaxın olan bu şəhərlərdə aparılan yenidənqurma, abadlıq-quruculuq işləri Böyük Bakının inkişaf planına uyğunlaşdırılmalı olduğu qeyd olunub. Prezident İlham Əliyev Sumqayıt və Xırdalan şəhərləri üzrə təkliflərin mütəxəssislər tərəfindən ayrı-ayrılıqda öyrənilməsinin və dəqiqləşdirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı Bakı şəhərinin ərazi inkişaf planının icrasına dair tapşırıq və tövsiyələrini verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA