05-06-2017 [10:37]
"Bu məzmunda sərəncamın verilməsi mənim üçün də bir qədər təəccüblü oldu və açığı, daha çox gözlədiyim ilk öncə hökumətin tərkibində paralel strukturların bir-birinə birləşdirilməsi və daha çevik qərarlar qəbul edən hökumət modelinə keçilməsi idi”.
Mia.az bildirir ki, bu sözləri "Yeni Musavat” qəzetinə müsahibəsində deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa dövlət başçısının Pezident Administrasiyasındakı kadr təyinatlarını şərh edərkən deyib.
Deputatın fikrincə, görünür, ölkə prezidenti ilk olaraq dəyişiklikləri öz adminstrasiyasından başlamaqla hökumətlə bağlı struktur dəyişiklikləri aparmaq üçün ciddi zəmin hazırladı: "Dəyişikliklər barədə hansısa kadrın vurulması, hansıların da səlahiyyətləndirilməsi kimi şərhlər vermək çox bəsit bir izah olaraq görünməkdədir. Hələlik hansısa vəzifəyə təyin olunmayan şəxslər vəzifəyə təyin olunanlar qədər bu hakimiyyətə sadiq və peşəkar kadrlardır”.
F. Mustafanın sözlərinə görə, burada əsas məqsəd prezidentin cəmiyyətlə daha sıx əlaqəsinin qurulması üçün sahələr üzrə köməkçi modelinin şaxələnməsinə üstünlük verməsi idi. Bununla yanaşı, həmin köməkçilərin şöbə müdirləri olaraq adminstrasiyanın içində saxlanması dövlət idarəetməsində bürokratik mexanizmlərin pozulmamasına da diqqətlə yanaşıldığını göstərir: "Burada əsas yenilik gənclər və idman siyasətinin prezident üçün prioritet məsələ olaraq önə çəkilməsidir. Digər yenilik isə birinci vitse-prezidentin fəaliyyətinin effektivliyini təmin edən müvafiq aparatın formalaşdırılması qeyd oluna bilər”.
Deputat qeyd edib ki, son qərarların gələn il keçiriləcək prezident seçkiləri üçün ön hazırlıq tədbirləri kimi xarakterizə olunması ehtimalına üstünlük verir: "İqtidarın növbəti prezident seçkilərinə çox ciddi yanaşması və bu istiqamətdə lazımi addımlar atması təəccüblü görünməməlidir. Əslində institusional islahatların başlanğıc tarixini biz ötən ilin sentyabrında keçirilən referendumla əlaqələndirsək daha doğru yanaşma olardı. O zaman xeyli radikal və gözlənilməz struktur dəyişikliyi barədə qərarlar qəbul olundu və referendumdan sonra yaxın tarixlərdə bu dəyişikliklərin baş verməsi üçün zəmin yarandı. Azərbaycanda yeni mərhələnin başlanğıcı isə heç şübhəsiz, Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin olunması hadisəsidir və bununla həm yeni idarəetmə institutu gündəmə girdi, həm də yeni siyasi obrazın siyasi mühitimizə fərqli çalar gətirməsi faktı baş verdi”.
F. Mustafanın sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili kimi Mehriban xanım onsuz da ictimai-siyasi proseslərin içində aktiv rol alırdı, lakin birinci vitse-prezident olaraq daha ciddi siyasi məsuliyyətin daşıyıcısına çevrildi: "Bizim kimi yarı-Şərq, yarı-Avropa modelli cəmiyyətlərdə bir xanımın istər dövlət işlərində, istərsə də beynəlxalq səviyyəli mədəni-kütləvi tədbirlərin keçirilməsində bu qədər ciddi təşkilatçılıq məsuliyyətini öz üzərinə götürüb uğurla yekunlaşdırması həqiqətən böyük cəsarət tələb edir, bu baxımdan da Mehriban xanımın birinci vitse-prezident kimi dövlətin ikinci ən məsul mövqeyinə təyin olunması ölkə prezidentinin gerçəkləşdirəcəyi institusional islahatlarının intensivliyinə əhəmiyyətli təsir göstərə bilər”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi