Gürcüstan, Azərbaycan və Türkiyə hərbi təlimləri başlayır - “Qafqaz qartalı” adı altında

img

04-06-2017 [15:27]


Bu gün Gürcüstan, Azərbaycan və Türkiyə arasında növbəti birgə hərbi təlimlər başlayır.

APA-nın görə, hərbi təlimlər iyunun 14-dək davam edəcək.

Gürcüstanda keçirilən "Qafqaz qartalı” adlanan təlimlərdə üç ölkə silahlı qüvvələrinin xüsusi təyinatlı qüvvələri iştirak edəcək.

 Gürcüstan Müdafiə Nazirliyindən bildirilib ki, təlimlərdə məqsəd maarifləndirmə, bilik və təcrübə mübadiləsi, eləcə də xüsusi əməliyyat qüvvələrinin əməliyyat potensialını artırmaqdır.

Qeyd edək ki, bu formatda hərbi təlimlər artıq iki dəfə keçirilib.

Sonuncu təlimlərə Türkiyə ev sahibliyi edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA