Xəstəxanadan nazirin səhhəti ilə bağlı açıqlama: "Vəziyyəti ağır-stabildir..."

img

04-06-2017 [15:25]


Xəbər verildiyi kimi, Azərbaycanın Energetika naziri Natiq Əliyev xəstəxanaya yerləşdirilib.

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş energetika naziri Natiq Əliyevin vəziyyəti ağır-stabildir.

Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib ki, N. Əliyev xəstəxanaya gətirilən zaman ürəyi dayanıb, süni masajla yenidən həyata qaytarılıb.

Hazırda N. Əliyev reanimasiya şöbəsindədir, ürəyinə stendlər qoyulub. Yerli və xarici mütəxəssislərin iştirakı ilə konsilum aparılır və konsilumun nəticələrinə uyğun olaraq müvafiq addımlar atılacaq.

APA-nın məlumata görə, nazir dünən səhər saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib.

Ürəyində ciddi problemləri olan nazir xəstəxananın Kardo-reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan nazirin hazırda reanimasiya şöbəsində malicə olunduğunu təsdiqləyiblər. Bildirilib ki, o, kardioloqların və reanimatoloqların nəzarətindədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA