03-06-2017 [20:45]
Bu gün Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov IV İslam Həmrəyliyi Oyunlarında uğurla iştirak edərək yüksək mükafatlar qazanan polis əməkdaşlarını, Daxili Qoşunların hərbi qulluqçularını və DİN İdman Cəmiyyətinin yetirmələrini qəbul edib.
Mia.az DİN-ə istinadən xəbər verir ki, mükafatçıları salamlayan nazir xalqımızın ümummilli lideri Heydər Əliyevin idmanı dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirdiyini, ölkə gənclərinə və idmançılara diqqət və qayğını heç zaman əsirgəmədiyini, bu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini bildirərək, nəticədə Azərbaycan idmançılarının dünyanın ən güclüləri sırasında yer aldığını, ölkəmizin beynəlxalq aləmdə idman dövləti kimi tanındığını diqqətə çatdırıb.
Qeyd olunub ki, 10 gün davam edən İslamiada bütövlükdə ölkəmiz üçün olduqca uğurlu keçib. İdmançılarımız bu Oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci olmaqla böyük tarixi qələbəyə imza ataraq xalqımıza qələbə sevinci bəxş ediblər.
Nazir R.Usubov sözügedən beynəlxalq əhəmiyyətli tədbir ərəfəsində və keçirildiyi müddətdə dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, "Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın ali diqqəti və təşkilatçılığı sayəsində böyük bir fəaliyyətin ortaya qoyulduğunu, İslamiadanın Azərbaycan tarixinə möhtəşəm idman bayramlarından biri kimi düşdüyünü vurğulayıb, tədbir zamanı asayişin və təhlükəsizliyin etibarlı qorunduğunu məmnunluqla qeyd edib.
Sonra Azərbaycan Milli Komandasının tərkibində ümumilikdə 9 qızıl, 3 gümüş və 1 bürünc medal əldə edən, bununla da ölkəmizin birincilik qazanmasına öz layiqli töhfələrini verən əməkdaşların mükafatlandırılması barədə daxili işlər nazirinin müvafiq əmri elan olunub. Qaliblərə növbədənkənar hərbi rütbə, DİN-in "Fəxri fərman”ları, "Xidmətdə fərqləndiklərinə görə” və "Əla xidmətlərinə görə” döş nişanları təqdim edilib.
Oyunların gümüş medalçısı, Sumqayıt ŞPİ-nin əməkdaşı, polis serjantı Tural Əliyev qalib idmançılar adından çıxış edərək onlara yaradılan şəraitə, göstərilən ali diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirib, idmanımızın şöhrətinin bundan sonra da uca tutulması, bayrağımızın daim zirvələrdə dalğalanması üçün var qüvvələri ilə çalışacaqlarına söz verib.
İdmançıları, məşqçiləri, idman mütəxəssislərini "Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında əldə etdikləri parlaq qələbə münasibətilə bir daha təbrik edən general-polkovnik Ramil Usubov onlara yeni, daha böyük uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, əməkdaşlarımız ölkə idmanının şərəfinin uca tutulması, göstərilən etimadın doğruldulması üçün bundan sonra da səylərini əsirgəməyəcəklər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi