Tikintiyə verilən icazə qaydaları dəyişdirilir - Prezident təsdiqlədi

img

03-06-2017 [16:37]


Azərbaycanda tikintiyə verilən icazə qaydaları dəyişdirilir. 

Bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Tədbirlər Planına görə, 2017-2018-ci illərdə şəffaflığın artırılması məqsədilə vətəndaş məmur ünsiyyətinin azaldılması, icazənin verilməsi ilə bağlı bütün aidiyyəti məlumatın dərc olunması, qərarın qəbul edilməsi qaydalarının açıqlanması, rədd cavablarının əsaslandırılması, rədd qərarından şikayət hüququnun təmin edilməsi nəzərdə tutulub.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA