03-06-2017 [12:51]
İyunun 2-də Bakı Media Mərkəzinin inzibati binasının rəsmi açılış mərasimi olub.
Heydər Əliyev Fondundan verilən məlumata görə, mərasimdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.
Açılış mərasiminə toplaşan qonaqları salamlayan Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva dörd ildir fəaliyyət göstərən bu qurumun uğurlu irimiqyaslı layihələr həyata keçirdiyini bildirib. "Əminəm ki, biz gələcək uğurlarımızı, nailiyyətlərimizi qeyd etmək üçün bir daha bu gözəl binada görüşəcəyik”, – deyə Bakı Media Mərkəzinin prezidenti vurğulayıb.
İnformasiyanın ötürülməsində sosial medianın və internet resurslarının artan rolundan danışan Bakı Media Mərkəzinin direktoru Orman Əliyev bu qurumun Arzu Əliyevanın rəhbərliyi ilə ötən dörd il ərzində bir sıra maraqlı və yaddaşlarda qalan beynəlxalq miqyaslı layihələr həyata keçirdiyini qeyd edib. O vurğulayıb ki, Bakı Media Mərkəzində peşəkar komanda formalaşıb və onlar ən müasir avadanlıqlarla təchiz ediliblər. Sonra Bakı Media Mərkəzinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Orijinal üslubda inşa edilən Bakı Media Mərkəzinin binası iki il ərzində ərsəyə gəlib. Binada avadanlıqların nümayiş olunduğu və saxlanıldığı bazalar, foto və videoçəkiliş pavilyonları, işıq avadanlığı üçün xüsusi anbarlar yaradılıb. Mərkəzin montaj otaqları, səsyazma studiyaları və arxivi də müasir texnoloji avadanlıqla təmin edilib. Bakı Media Mərkəzinin həyətindəki qapalı depo xüsusi çəkiliş maşınları və avadanlıqları üçün nəzərdə tutulub.
Azərbaycanın media sahəsində yeni və innovativ şirkəti olan Bakı Media Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir. Şirkət ötən müddətdə istər dövlət qurumlarının, istərsə də ayrı-ayrı təşkilatların sifarişi üzrə ən müasir texnologiyalar əsasında çoxsaylı audio-videomateriallar hazırlayaraq təqdim edib, müxtəlif videoçarxlar hazırlayıb, tanınmış yayım şirkətlərinə materiallar ötürüb, Azərbaycanın gözəlliklərinin fotosalnaməsini yaradıb.
Bir sıra beynəlxalq müsabiqələrin mükafatlarına layiq görülən Bakı Media Mərkəzi Heydər Əliyev Fondunun sifarişi ilə maraqlı sənədli filmləri də tamaşaçıların ixtiyarına verib. Bir neçə il əvvəl Fransanın C&C şirkəti ilə birlikdə hazırlanan "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlı sənədli filmi "National Geographic” kimi dünyaca məşhur kanalda 26 dildə yayımlanaraq, Azərbaycan neftinin İkinci Dünya müharibəsi illərində rolu barədə 26 ölkədə kifayət qədər aydın təsəvvür yarada bilib.
Azərbaycan Xalq Cümhuriyyətinin Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən "Əbədi ezamiyyət” sənədli-bədii filmi də böyük tamaşaçı rəğbəti qazanıb. Film ingilis və fransız dillərinə də tərcümə olunub. Azərbaycanda "Multikulturalizm İli”nə həsr olunmuş "Bir günəş altında” filmi isə 6 xarici dilə tərcümə olunub ki, multikulturalizmin Azərbaycan modeli barədə Avropa ölkələrində geniş təəssürat yarada bilsin/APA.





Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi