03-06-2017 [12:18]
Keçmiş Nəqliyyat Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Namiq Həsənov yeni sayt açması ilə bağlı "Qafqazinfo”nun suallarını cavablandırıb:
- Namiq bəy, birləşmə prosesində olan nazirlikdə sizin fəaliyyətiniz necə davam edir?
- Mən 4 aydır ki, jurnalist həmkarlarımı başa sala bilmirəm ki, hələ işdən çıxmamışam. Bu dəhşətli bir şeydir. Heç olmasa götürüb mənə zəng edib məsələni dəqiqləşdirmirlər. Biz hələ də nazirlikdə işləyirik. Heç kəs işdən çıxmayıb. Hazırda birləşmə prosesi gedir. Özü də yazırlar ki, nazirlik ləğv olunub. Axı nazirlik Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib. Hamımız da öz yerimizdəyik. Bunu vətəndaşlar yazsa, mən heç nə deməzdim, amma jurnalistlər yazırlar.
- Axı sizinlə əlaqə saxlamaq mümkün deyildi, telefonlara cavab vermirdiniz...
- Düzdür, o məsələdə haqlısınız. İndi sizin saytınız vasitəsilə deyirəm ki, mən işdən çıxmamışam. Yenə də ictimaiyyətlə əlaqələr şöbəsinin müdiriyəm. Birləşmə prosesi başa çatandan sonra hər şey aydınlaşacaq. Mən söz verirəm ki, əgər işdən çıxası olsam, bu dəfə birinci jurnalistlər biləcək.
- Bəs necə oldu ki, sayt açmaq qərarına gəldiniz?
- İndi texnologiya əsridir. Hamı sosial şəbəkələrdən istifadə edir. Ən ucqar yerdə də kimsə istəsə, özünə facebook səhifəsi yarada bilər. Mən də indi yaradıcılığa ehtiyac duyan bir adam kimi sayt açmaq qərarına gəldim. Bunu işsizlik kimi qiymətləndirmək düzgün deyil.
- Sayt hansı istiqamətdə fəaliyyət göstərəcək?
- Bütün istiqamətləri əhatə edəcəyik. Sloqanımız da belədir ki, "biz fərqli düşünürük”. İstəmirik ki, saytda dedi-qodular, yanlış informasiyalar olsun. Daha çox yaradıclıq meydanı kimi düşünün. Bütün peşəkar jurnalistlərə, yeni qələm götürən jurnalistlərin hamısına açıq olacağıq. O cümlədən, bütün janrlarda xəbərlər oxuculara təqdim olunacaq. Demirəm ki, yüksək operativlik nümayiş etdirən xəbər saytı olacağıq. Ancaq həm xəbər, həm də analitik şərhlər verəcəyik.
- Saytın adının baş hərfinin "n” olmasını belə hesab edirlər ki, öz adınızla əlaqələndirmisiniz...
- (gülür) Məsələ burasındadır ki, "N" riyaziyyatda sonsuzluq işarəsidir. Çoxlu sayda bol xəbər mənasındadır. Orada rubrikaları da xəbər- xəbər adlandırmışıq. Xəbər sözü adamın gözünə girir.
- Siz Mətbuat Xidməti rəhbəri kimi həmişə mətbuatdan qaçmısınız. İndi sayt rəhbəri kimi fəaliyyət göstərmək sizə çətin olmayacaq?
- Bəzən deyirlər ki, mən jurnalistlərlə ünsiyyətdən qaçmışam. Özünüz bilirsiniz ki, Azərbaycanda neçə min jurnalist ordusu var. Hamısına da böyük sayğılarım var. Amma mən fiziki olaraq çatdıra bilmirdim. İnanın ki, telefonumun zaryadkası da qurtarırdı. Özüm də danışa-danışa yuxulayırdım. Kim ki mənə düşə bilmirdi, onlar yazırdı ki, Namiq Həsənov mətbuatdan qaçır.
- Məsələn, "Qafqazinfo” olaraq mən sizinlə danışa bilmirdim...
- İradınızı qəbul edirəm. Demirəm ki, haqsızsınız. Mən canlı efirlərdə çox olurdum. O zaman da telefonuma zəng necə çata bilərdi? Bəzi məsələlərə istehza ilə yanaşanlar da var. Mənim üçün xəbər tapmaq çətin deyil. Kafka deyirdi ki, bir nəfər oxucum varsa mən onun üçün yazıram. Kifayət qədər dostlarım var. İnformasiya bolluğundan heç vaxt əziyyət çəkmərəm. Mətbuat Xidmətlərinin rəhbərləri ilə də dostluğum var. Kimsə mənə düşə bilməyibsə, bunun obyektiv səbəbləri var. İndi də sizin sayt vasitəsilə onlardan üzr istəyirəm ki, suallarını cavablandıra bilməmişəm.
- İndi facebook da varsınız. Yazan kimi cavablandırırsınız, özünüz jurnalistlərə dostluq atırsınız...
- Mən aprelin ayının 25-də facebook hesabı açmışam. Artıq mənə 3000-ə yaxın dostluq atanlar var. Mən hamısına təşəkkür edirəm.
- Ziya Məmmədov nazir postundan gedəndən sonra onunla münasibətləriniz qalıbmı? Görüşmüsünüzmü?
- Mənim heç kimlə düşmənçiliyim yoxdur. Ziya müəllim Azərbaycana xidmət etmiş bir insandır. Onunla əlaqə saxlamaq mənim üçün böyük fəxr olardı. Mən həmişə bu əqidədə olmuşam ki, insanı vəzifəyə görə tanımazlar. Kiməsə vəzifədən getdiyinə, ya qaldığına görə salam verməzlər. Çox təəssüf ki, Azərbaycanda indi kim vəzifədən getdisə əlaqələri qırırlar. Əksinə, mən çox böyük məmnuniyyətlə Ziya müəllimlə əlaqə də saxlayaram.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi