"Facebook”, “Skype”, “Viber”, “WhatsApp”da yaranan problem... - Ekspert və nazirlikdən reaksiya

img

03-06-2017 [00:29]


Məlum olduğu kimi, may ayının ortalarından bəri Azərbaycanda məşhur internet servisləri olan "Facebook”, "Skype”, "Viber”, "WhatsApp” və digərlərinin səsli və görüntülü zəng funksiyası səbəbləri açıqlanmadan dayandırılıb. Bir çox vətəndaşlar, şirkətlər və xidmət sahələri üçün bu hal xeyli çətinliklərə səbəb olub – mobil rabitə ilə əlaqə saxlamaq həm çətin, həm də xeyli xərc tələb edən məşğuliyyətdir.

Bəziləri isə bu fürsətdən yararlanıb. Belə ki, kompüter texnologiyalarından baş çıxaranlar xüsusi "proksi” və VPN proqramları təklif etməklə bu qadağadan yan keçməyi təklif edir. Qiymət də bəllidir – 20-30 manat.

Azərbaycan İnternet-forumunun prezidenti Osman Gündüzün virtualaz.org-a bildirdiyinə görə, prosesin belə dönüş almasını gözləmək olardı. İlk növbədə ona görə ki, rabitə vasitələrinin istənilən bloklanmasının səbəbləri aydın göstərilməlidir.

"Müasir dünyada texnoloji alternativlər kifayət qədərdir və ayrı-ayrı resursların bloklanmasının effektivliyi böyük sual altındadır. Bəzi işbazlar bununla qazanmağa da başlayıblar. Yeri gəlmişkən, həmin proqramları telefon və planşetlərə pulsuz da yükləmək mümkündür”, - O.Gündüz deyib.

Bu arada Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov internet-servislərin fəaliyyətində baş verənləri izah etməyə çalışıb.

"Nazirlik veb-servislərin fəaliyyətində nizam-intizam yaratmağı planlaşdırır”, - deyən müşavir suala birbaşa cavabdan yayınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA