Borçalı Cəmiyyəti media nümayəndələrini mükafatlandırdı

img

16-07-2010 [02:48]


Bu gün ?Saraçlı? restoranında ?Borçalı? İctimai Cəmiyyətinin 02.09.2009 tarixdə Borçalı ilə bağlı elan etdiyi müsabiqənin yekunlarına dair təqdimat mərasimi keçirilib. ?Borçalı? İctimai Cəmiyyətinin İdarə Heyəti 2 sentyabr 2009-cu il atrixli iclasında qərara alıb ki, Borçalı ilə bağlı yazılar dərc edən, verilişlər hazırlayan yazılı və elektron KİV-lər, habelə mətbuat və televiziya işçiləri arasında müsabiqə keçirilsin. Artıq nominasiyalar üzrə qaliblər müəyyənləşdirilib və mükafatlandırılıb. Müsabiqəyə 28 may 2010-cu il yekun vurulub. Qaliblər isə bu gün mükafatlandırılıb. Müstəqil İnformasiya Agentliyi də obyektiv və operativ informasiya orqanı seçilib. Tədbirdə çıxış edən cəmiyyətin sədri Zəlimxan Məmmədli tədbirdə iştirak edən media əhlinə təşəkkürünü bildirdi və bundan sonra da əməkdaşlıq etməyə çağırdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA