Azərbaycanda 9 bank filialı bağlanıb - Rəsmi

img

02-06-2017 [11:18]


Bu ilin yanvar-aprel aylarında banklara məxsus 9 filial bağlanıb.

Mia.az Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verir ki, yanvar ayından mayın 1-dək bankların ümumilikdə 9 filialı fəaliyyətini dayandırıb.

Belə ki, əgər bu ilin yanvarın 1-nə ölkədə bankların filiallarının sayı 569 olubsa, aprelin sonunda bu göstərici 560-a qədər azalıb.

Bundan fərqli olaraq, hesabat dövründə bank şöbələrinin sayında cüzi artım qeydə alınıb. Əgər bu ilin yanvarın 1-dək 131 bank şöbəsi fəaliyyət göstəribsə, apreldə şöbələrin sayı 140-a yüksəlib.

Hesabat dövründə bankomatların sayında da artım qeydə alınıb. Belə ki, son dörd ayda ATM-lərin sayı 32 ədəd artaraq 2493-ə yüksəlib.

Qeyd edək ki, cari ilin 4 ayında ölkədə 32 bank fəaliyyət göstərib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA