Prezident icra başçısını vəzifədən çıxardı - Komitə sədri icra başçısı oldu

img

01-06-2017 [18:22]


Prezident İlham Əliyev Şərur rayon İcra Hakimiyyətinin başçısı İbrahim İsmayıl oğlu Məmmədovu vəzifəsindən azad edib.

Mia.az xəbər verir ki, Prezidentin digər sərəncamı ilə Kamal Camal oğlu Cəfərov Naxçıvan Muxtar Respublikasının Şərur Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qeyd edək ki, Kamal Cəfərov 2014-cü ildən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA