Yol polisindən sürücülərə - Xəbərdarlıq

img

01-06-2017 [17:26]


Hazırda paytaxtda davam edən güclü külək səbəbindən Bakı şəhəri üzrə yol hərəkəti ilə bağlı hələ ki hər hansı bir hadisə qeydə alınmayıb.

Bunu Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

V.Əsədov sürücüləri diqqətli olmağa çağırıb: "Biz də sürücülərə, avtomobil sahiblərinə müraciət edirik ki, belə hava şəraitində diqqətli olsunlar, yol hərəkəti qaydalarına riayət etsinlər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA