BP: ""Şahdəniz-2" layihəsində vacib mərhələyə yaxınlaşırıq"

img

01-06-2017 [14:43]


"Şahdəniz-2" layihəsi üçün inşa olunan platformadan ikincisinin üst tikililərinin Xəzər dənizinə yola salınacağı tarix açıqlanıb.

"APA-Economics" xəbər verir ki, BP-nin "Şahdəniz" və "Cənub Qaz Dəhlizi" layihələri üzrə vitse-prezidenti Co Mörfinin (Joe Murphy) sözlərinə görə, ikinci platforma üçün nəzərdə tutulan üst tikililər bu ilin üçüncü rübündə hazır olacaq və dənizə yola salınacaq.

"Bu gün biz platformalardan birinin üst tikililərini Azərbaycan prezidentinin və BP-nin rəhbərliyinin iştirakı ilə dənizə yola saldıq. Ən mühüm məsələ ondan ibarətdir ki, dənizə göndərilən qurğuların hamısı Bakıda inşa olunub. Bunun üçün nəhəng işçi qüvvəsi cəlb olunub. Beləliklə, biz artıq daha vacib mərhələyə - Avropaya Azərbaycan qazının nəqlinə yaxınlaşırıq".

Qeyd edək ki, bu gün Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə "Şahdəniz-2" üçün inşa olunan platformanın üst tikililəri dənizə yola salınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA