Ali hərbi məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün müsabiqə keçirilir

img

16-07-2010 [02:03]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi müraciətinə əsasən, 2010/2011-ci tədris ili üçün Azərbaycan bölməsində mülki ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanlarında 200 və daha yüksək bal toplamış 19 yaşınadək oğlan abituriyentlərin Azərbaycan Ali Hərbi Məktəblərinin boş (vakant) yerlərinə qəbul olunması üçün müsabiqə keçirir. Komissiyadan verilən məlumata görə, Ali hərbi məktəblərə qəbul olmaq arzusunda olan namizədlər H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yaradılmış Sənəd Qəbulu Komissiyasına (ünvan: Xətai rayonu, Zığ qəsəbəsi, Naximov küçəsi, 18. Telefon: 479-78-42) müraciət etməlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA