Ermənilərin cəbhə xəttində video-müşahidə vasitəsi ələ keçirildi - Fotolar

img

31-05-2017 [18:41]


Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində, düşmən mövqelərindən birində quraşdırılmış video-müşahidə vasitəsi bölmələrimiz tərəfindən xüsusi üsulla ələ keçirilib.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, qurğunun ilkin araşdırılması nəticəsində onun hava şarı (zond), kiçik həcmli paraşüt, penoplast qutunun içərisinə yerləşdirilmiş kamera, müxtəlif ötürücü antena və naqillərdən ibarət olmaqla kustar üsulla hazırlandığı müəyyən edilib.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin qoşunların qarşıdurma xəttindəki postlarının guya ABŞ istehsalı olan ən müasir video-müşahidə vasitələri ilə təmin olunması barədə verdikləri bəyanatların mif olduğu və Ermənistanın daxili auditoriyasına hesablandığı bir daha təsdiqlənib.






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA