Prezident “Cəbrayıl” və “Qubadlı” gəmiləri istismara verilməsii mərasimində - FOTOLAR

img

31-05-2017 [17:30]


Mayın 31-də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasının "Cəbrayıl” və "Qubadlı” yeni təchizat gəmilərinin istismara verilməsi mərasimi keçirilib.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "Qubadlı” və "Cəbrayıl” təchizat gəmilərinin texniki göstəriciləri, təyinatı barədə dövlət başçısına məlumat veriblər.

Bildirilib ki, hər iki gəmi SOCAR-ın dəniz obyektlərinə xidmət edən köhnə gəmiləri əvəzləyəcək. Gəmilərdən biri SOCAR-a məxsus "28 May”, digəri isə "Ümid” yatağındakı platformalara xidmət göstərəcək.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA