Bakıda məcburi köçkünlərin yazadığı bina yanğın baz verib

img

16-07-2010 [12:36]


Bu gün axşam saat 22:50 radələrində Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, 9-cu mikrorayon, Həmzə Babaşov 11 ünvanında baş verən yanğın barədə ?101 xidməti?nə 22:53-də məlumat verilib, 6 dəqiqə sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadası gəlib. Məcburi köçkünlərin məskunlaşdığı, tikintisi tam başa çatmayan çoxmərtəbəli binada baş verən yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub. Yanğınsöndürənlər hadisə yerinə vaxtında çatsa da, Bakı Elektrik Şəbəkəsinin mütəxəssisləri hadisə yerinə gec gəldiyindən yanğına vaxtında müdaxilə edilməsi mümkün olmayıb. Bakı Elektrik Şəbəkəsinin Qəza xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə barədə məlumat daxil olduqdan dərhal sonra Mərkəzi Dispetçerə məlumat verilib və hazırda elektrik şəbəkəsinin əməkdaşları hadisə yerinə çatıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın bir neçə mənzili əhatə edir. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA