Növbəti əfv sərəncamı veriləcək - Komissiya üzündə açıqlama

img

31-05-2017 [17:02]


15 iyun Qurtuluş günü  və ya 18 oktyabr Dövlət Müstəqilliyi günü ərəfəsində növbəti əfv sərəncamının imzalanacağı gözlənilir.

Bunu Modern.az-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Elmira Axundova deyib.

"Artıq biz sənədləri toplayırıq və həmin sənədlərə baxırıq. Mən hesab edirəm ki, artıq növbəti əfv sərəncamının vaxtı çatıb. Bununla bağlı müəyyən işlər görülür. Ona görə də deyə bilərəm ki, 15 iyun və ya 18 oktyabr tarixlərinin birində əfv sərəncamı veriləcək. Bununla da daha bir qrup məhkum azadlığa qovuşacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA