"Ümidvaram ki, tezliklə sizi qarşılamaq şərəfinə nail olacağam" - Xorvat liderdən İlham Əliyevə dəvət

img

30-05-2017 [19:10]


Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mia.az həmin təbrik məktubunu təqdim edir:

"Zati-aliləri. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Bu xoş fürsətdən istifadə edərək dost Azərbaycan xalqına Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan rifah və inkişaf arzu edirəm.

Xorvatiya Respublikası Azərbaycan Respublikası ilə xalqlarımız üçün ümumi maraq kəsb edən müxtəlif sahələrdə getdikcə möhkəmlənən tərəfdaşlıq və dostluq əlaqələrini yüksək qiymətləndirir.

Mən qəti əminəm ki, hərtərəfli əməkdaşlığımızın, xüsusilə də ölkələrimizin potensialını reallaşdırmaq üçün iqtisadi əməkdaşlığımızın intensivləşdirilməsinə birgə səylərimizlə töhfə verməyə davam edəcəyik.

Şadam ki, Xorvatiya Respublikasına rəsmi səfərə gəlmək barədə dəvətimizi qəbul etmisiniz. Əminəm ki, keçən ilin oktyabr ayında mənim Azərbaycana rəsmi səfərimdən sonra Sizin bu səfəriniz dostluq və gələcək əməkdaşlığımız üçün yeni stimul olacaq.

Ümidvaram ki, tezliklə Sizi Xorvatiya Respublikasında qarşılamaq şərəfinə nail olacağam. Sizə dərin ehtiramımı və səmimi salamlarımı çatdırmaq istərdim".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA