30-05-2017 [16:26]
"Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİV DF) kriteriyaları açıqlamasından sonra "APA Holding”ə daxil olan üç qurumda APA İnformasiya Agentliyi, Lent.az və vesti.az saytlarında redaksiya iclasları keçirilib. Kriteriyalara uyğun olan namizədlər arasından KİVDF-nin müəyyənləşdirdiyi say tərkibinə uyğun olaraq 6 nəfər APA-dan, hər birindən 3 nəfər olmaqla Lent.az və vesti.az saytlarından namizədlər müəyyənləşdirilib”
Bu sözləri xural.com-un sorğusuna cavabında APA-Holdinqin rəhbəri Vüsalə Mahirqızı bildirib.
O, "Kulis.az” sytının baş redkatoru Qan Turalının istefası və ev məsələsiylə bağlı yayılan xəbərlərə münasibət bildirib:
"Mənim məlumatıma görə, Qan Turalı başqa bir layihədə işləmək üçün saytdakı vəzifəsindən ayrılıb. Onun evlə bağlı iddiasının, hətta haqqı və ehtiyacının da olması mümkündür. Təəssüf ki, Qan Turalının iş stajı hazırda KİVDF tərəfindən müəyyənləşmiş kriteriyalara uyğun deyil”.
V. Mahirqızının sözlərinə görə, özü nə ev tələbində olmayıb, nə də şirkət daxilində evlərin müəyyənləşdirilməsində rol almayıb. Hər şeyi əməkdaşların özlərinin öhdəsinə buraxıb və seçimi də onlara həvalə edib:

APA-dan müyyənləşdirilən namizədlər:
Nurşən Quliyev – APA Agentliyinin baş redaktoru, KİV-də iş stajı 18 il, APA-da 13 il
Gülşən Hacıyeva – APA Agentliyində redaktor, KİV-də iş stajı 16 il, APA-da 13 il
İxtiyar Əsgərov – APAsport Agentliyində baş redaktor, KİV-də iş stajı 13 il, APA-da 13 il
Ülkər Qasımova – APA-da mədəniyyət yazarı, APA TV-də baş prodüsser, KİV-də iş stajı 15 il, APA-da 13 il
İlkin Əhmədov – APA-Ekonomiks-də redaktor, KİV-də iş stajı 10 il, APA-da 3 il
Hafiz Heydərov – APA İnformasiya Agentliyində müxbir, KİV-də iş stajı 12 il, APA-da 12 il
Qabil Abbasoğlu – Lent.az saytında baş redaktor, KİV-də iş stajı 25 il, lent.az-da 10 il
Kəmalə Quliyeva – Lent.az saytında redaktor, KİV-də iş stajı 22 il, APA-da 4 il, lent.az-da 4 il
Nizam Rza – Lent.az-da müxbir, KİV-də iş stajı 10 il, Lent.az-da 7 il

Vesti.az-da müəyyənləşdirilən namizədlər:
Zaur Nurməmmədov – Vesti.az saytının baş redaktor müavini, KİV-də iş stajı 15 il, 3 il APA-da, 7 il vesti.az-da
Fərid Teymurxanlı – Vesti.az saytının redaktoru, KİV-də iş stajı 14 il, vesti.az-da 7 il
Vüqar Həsənov – Vesti.az saytında müxbir, KİV-də iş stajı 10 il, vesti.az-da 8 il
"Ev bölüşümündə "mənə yaxın adamlar” olmayıb”
V. Mahirqızı qeyd edib ki, siyahı redaksiyaların açıq iclasında formalaşıb: "Mən həmin iclaslarda ümumiyyətlə iştirak etməmişəm. Bu siyahıda adı olanlar mediada hər kəsin tanıdığı, bioqrafiyasını bildiyi şəxslərdir. Onların arasında nəinki mənim qohumum, ümumiyyətlə, mənimlə eyni rayondan belə olan şəxs yoxdur.
O ki qaldı "mənə yaxın adamlar” məsələsinə, bu şirkətdə işləyən şəxslərin mənə, deməli, həm də şirkətə yaxın və doğma olmasından təbii məncə, heç nə yoxdur”.
APA-nın rəhbəri mənzil almağa iddialı olmadığını bəyan edib: "Mənim özüm isə nə keçən dəfə, nə də bu dəfə namizədlər siyahısında olmuşam. "APA Holdinq"də kifayət qədər çoxlu tanınmış imzalar çalışır. Onlar Azərbaycan mediasının, həm də bu şirkətin inkişafına töhfələr vermiş, haqqı və ehtiyacı olan şəxslərdirlər. Lakin müəyyənləşmiş say həddi və qaydalara ən uyğun olan şəxslər kollektiv tərəfindən seçilərək siyahıya daxil edilib".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi