Ədalətsiz qərar çıxaran hakimlər üçün cəzalar sərtləşir - Cərimələr 10 dəfə artırılır

img

30-05-2017 [16:23]


Azərbaycanda ədalətsiz qərarlar çıxaran hakimlər üçün cərimələrin məbləği 10 dəfə artırılır.

Mia.az xəbər verir ki, trend-in məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişikliklər edilir.

Yeni dəyişiklikləri nəzərdə tutan qanun layihəsinə görə, hakimlər bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarmağa görə 5000 manatdan 8000 manatadək miqdarda cərimələnəcək və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaqlar.

Hazırda isə bu cərimənin məbləği 500 manatdan 1000 manatadəkdir.

Qeyd edək ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA