ilham Əliyev Portuqaliyanın xarici izlər nazirini qəbul edib

img

15-07-2010 [03:50]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də Portuqaliyanın xarici işlər naziri Luis Amadonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Portuqaliyanın xarici işlər nazirinin ölkəmizə səfəri zamanı ikitərəfli münasibətlərimizlə bağlı səmərəli müzakirələrin keçiriləcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı bu səfərin Azərbaycan-Portuqaliya əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilməsi baxımından önəmini vurğuladı. Prezident İlham Əliyev Luis Amadonun ölkəmizə səfərinin eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının daha da genişləndirilməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi. Luis Amado Portuqaliya Prezidentinin və Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq qeyd etdi ki, Portuqaliya Azərbaycana ikitərəfli münasibətlərdə, həm də Avropa İttifaqı ilə əməkdaşlıq sahəsində yaxşı tərəfdaş ola bilər. Dövlətimizin başçısı Portuqaliya Prezidentinin və Baş nazirinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Portuqaliya Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA