Təhsil Nazirliyi etirazçı tələbələrlə görüş keçirəcək - Rəsimi açıqlama

img

30-05-2017 [14:28]


"Azərbaycan Dillər Universitetində (ADU) dövlət imtahanlarının keçirilməsi ilə bağlı elan keçən ilin iyun ayından verilib. Yəni, tələbələrin xəbəri olub".

ADU-nun mətbuat xidmətindən bildirilib ki, qəbul edilən qərara əsasən, bu tədris ilindən yekun dövlət buraxılış attestasiya forması yığışdırılaraq buraxılış işi və dövlət imtahan forması ilə əvəz olunacaq.

Mətbuat xidmətindən o da qeyd olunub ki, bu gün Təhsil Nazirliyinin nümayəndələri ilə tələbələrin görüşü keçiriləcək.

Qeyd edək ki, bu gün ADU-nun tələbələri 7 ildən sonra yenidən dövlət imtahanının bərpasına etiraz olaraq aksiya keçiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA