30-05-2017 [17:26]
Mayın 30-da Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.
Mia.az azertac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yaşayış kompleksinin baş planı, burada inşa olunacaq məktəb və uşaq bağçasının planı ilə tanış olan Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya məlumat verdi ki, yaşayış kompleksinin tikinti layihəsi üzrə hər biri 2 bloklu, 9 mərtəbəli 11 yaşayış binasının inşası nəzərdə tutulub. Yaşayış binalarında ümumilikdə 1026 mənzil olacaq. Binalardakı mənzillərin ümumu sahəsi 73 min kvadratmetrdir. Mənzillər 1, 2, 3 və 4 otaqdan ibarət olacaq. Bütün mənzillər təmir edilərək və mətbəx mebeli ilə təchiz olunaraq istifadəyə veriləcək. Yeni yaşayış kompleksində hazırda qəzalı binalarda məskunlaşmış 1026 məcburi köçkün ailəsi mənzillə təmin olunacaq. Yaşayış kompleksinə, həmçinin 624 şagird yerlik üçmərtəbəli məktəb binası və 220 yerlik uşaq bağçası, tibb məntəqəsi daxildir.
Ərazidə istirahət parkı salınacaq, uşaq meydançaları yaradılacaq.
Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Qaçqın və məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Qaçqın və məcburi köçkünlərin maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb.
Bu istiqamətdə atılan mühüm addımlardan biri də martın 9-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirənin keçirilməsi oldu. Mehriban Əliyeva müşavirədəki çıxışında vurğuladı ki, görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır və bu istiqamətdə işlərin sürətləndirilməsi üçün təxirəsalınmaz addımlar atılmalıdır. Birinci vitse-prezident bildirdi ki, Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir.
Mehriban Əliyeva Qaradağ rayonunda məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlini qoydu.
Yaşayış kompleksinin 2018-ci ilin aprel ayında təhvil verilməsi nəzərdə tutulub. Kompleksin yerləşdiyi əraziyə yeni yol da salınacaq.
Azərbaycanın Birinci vitse-prezidenti məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlqoyma mərasimində çıxış etdi.
Artıq 20 ildən çoxdur ki, 1 milyon artıq azərbaycanlının Ermənistanın hərbi təcavüzü və işğalından əziyyət çəkdiyini deyən xanım Mehriban Əliyeva soydaşlarımızın üzləşdiyi problemlərin Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu, müstəqilliyimizin ilk illərindən bu istiqamətdə həyata keçirilən tədbirlərin dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2004-cü ildə Dövlət Proqramının qəbul edildiyini, 2007-ci və 2011-ci illərdə bu Proqrama əlavələrin təsdiqləndiyini, ümumiyyətlə bu istiqamətdə həyata keçirilən tədbirlərin icrasına 6 milyard manatdan çox vəsait ayrıldığını diqqətə çatdırdı. Xatırlatdı ki, çadır şəhərciyi şəraitində yaşayan insanlar, qaçqın və məcburi köçkün ailələri onlar üçün inşa olunan 100-dək müasir yaşayış qəsəbəsinə köçürülüblər. Ümumilikdə bu, 50 min ailənin, 250 mindən çox insanın yaşayış şəraitinin yaxşılaşdırılması, yeni mənzillə təmin olunması deməkdir. "Son 13 ildə 400 mindən çox qaçqın və məcburi köçkün yeni iş yeri ilə təmin olunub. Hər bir qəsəbədə məktəblər, uşaq bağçaları salınır. Ali və orta ixtisas təhsil ocaqlarında ödənişli formada təhsil alan qaçqınlar və məcburi köçkünlər təhsil haqqını ödəməkdən azad olunublar”,- deyən Azərbaycanın birinci vitse-prezidenti vurğuladı ki, həm çadır şəhərciklərinin ləğvində, həm humanitar faciənin qarşısının alınmasında Azərbaycan dövlətinin təcrübəsi, nadir bir təcrübədir və beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Görülən bütün tədbirlərə baxmayaraq, bu sahədə öz həllini tapmayan problemlərin mövcud olduğunu təəssüflə qeyd edən Mehriban Əliyeva bildirdi ki, Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı vəziyyətdə olan binalarda hələ də minlərlə insan yaşayır. Mart ayında bu problemə həsr olunan müşavirədə birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planının hazırlanması tapşırığının verildiyini xatırladan Birinci vitse-prezident hazırda bu plana uyğun olaraq Abşeron rayonunun Masazır qəsəbəsində 3 binanın, Sabunçu rayonunun Ramanı qəsəbəsində 1 binanın, Sumqayıt şəhərində 5 binanın inşa edildiyini, digər 5 binanın inşası üçün isə yerin ayrıldığını söylədi.
"Bu gün təməli qoyulan müasir yaşayış kompleksi ölkəmizin özəl sektorunun həmin bu nəcib işə töhfəsidir. Hesab edirəm çox gözəl bir haldır ki, dövlətlə yanaşı, iş adamları, sahibkarlar da bu məsələyə dəstəyini verməyə hazırdırlar”,- deyən Mehriban Əliyeva bu təşəbbüsü yüksək qiymətləndirdi, Azərbaycanda fəaliyyət göstərən digər şirkətləri, sahibkarları da təşəbbüsü dəstəkləməyə dəvət etdi. Bildirdi ki, bu, Azərbaycan xalqına xas olan xeyriyyəçilik ənənələrinin davamıdır, eyni zamanda, xalqımızın həmrəyliyinin, dövlətimizin gücünün və inkişafının təzahürüdür. Mehriban Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz ədalətli həllini tapacağına və soydaşlarımızın doğma torpaqlarına qayıdacağına əminliyini ifadə edərək, işğaldan azad olan torpaqlarda Azərbaycan dövlətinin bütün lazımi infrastrukturu quracağını, şəhərlərimizi bərpa edəcəyini bildirdi.
Birinci vitse-prezident Mehriban Əliyeva mübarək Ramazan ayının başlanması münasibətilə təbriklərini çatdırdı. Azərbaycan xalqına sülh və əmin-amanlıq arzuladı.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda ağır şəraitdə yaşayan 4 min məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılmasına həsr olunan müşavirədən dərhal sonra bu istiqamətdə genişmiqyaslı işlərə başlanılıb. Bu gün məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlinin qoyulması da bu işlərin davamıdır. Bundan əlavə, Heydər Əliyev Fondunun müraciətinə əsasən bir çox özəl təşkilatlardan 210 mənzilin ayrıldığını və hazırda onlarda son tamamlama işlərinin aparıldığını deyən Əli Həsənov qeyd etdi ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 260 ailəlik 4 yaşayış binasının tikintisi sürətlə davam etdirilir və cari ilin iyul ayında başa çatdırılacaq. Əli Həsənov Mehriban Əliyevanın sədrliyi ilə ilk müşavirədən sonra Komitəyə müraciət edən minlərlə məcburi köçkünün bu məsələyə göstərilən diqqətə görə Azərbaycanın Birinci vitse-prezidentinə minnətdarlıqlarını çatdırdı.
"Paşa İnşaat” şirkətinin layihə rəhbəri Kamil Əliyev də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımıza dövlətimiz tərəfindən göstərilən diqqətdən danışdı. Bildirdi ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan xalqının xeyriyyəçilik ənənələrinin davam etdirilməsi ilə bağlı fikirlərinə əsaslanaraq "Paşa İnşaat” şirkəti dövlət tərəfindən qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə öz töhfəsini verməyi qərara alıb. Əminliklə söylədi ki, inşa olunacaq yeni yaşayış kompleksinin tikintisi vaxtında və keyfiyyətlə başa çatdırılacaq.
Şuşa rayonundan məcburi köçkün Vəsilə Xəlilova qaçqın və məcburi köçkünlərin problemlərinin həllinin dövlətin sosial siyasətinin əsas prioritetlərindən biri olduğunu dedi. Vurğuladı ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. O, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti, "Xocalıya ədalət!” kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın bu sahəyə töhfələrindən danışdı. Dövlətimizin başçısı İlham Əliyevin Prezident kimi imzaladığı ilk sərəncamlardan birinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üzrə Dövlət Proqramının olduğunu, Birinci-vitse prezident kimi Mehriban Əliyevanın da ilk müşavirəni məhz məcburi köçkünlərin sosial problemlərin həllinə həsr etdiyini deyən Vəsilə Xəlilova görülən xeyirxah işlərə görə bütün məcburi köçkünlər adından minnətdarlığını bildirdi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi