Tələbələr aksiyaya başladı - Rektorun əmrinə qarşı

img

30-05-2017 [12:59]


Hazırda Azərbaycan Dillər Universitetində tələbələr aksiya keçirir.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Tələbələr 7 il öncə ləğv edilən dövlət imtahanlarının yenidən bərpa edilməsinə etiraz edirlər.

Xatırladaq ki, narazılığa cavab olaraq universitet rəhbərliyi tələbələrin tələbinin əsassız olduğunu bildirmişdi: "Dövlət imtahanı verməmək üçün şou yaradanların "arqument”lər əsassızdır. Ölkəmizdə dövlət imtahanı ilə bağlı bütün məsələlər Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 saylı qərarı ilə təsdiq edilmiş "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən tənzimlənir. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən "Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır:

"Qaydaların 2.15-ci bəndində isə göstərilir ki, "Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir”. Qaydaların 2.16-cı bəndinə görə "Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir”.

qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA