30-05-2017 [00:05]
Parisin Versal sarayında Fransa və Rusiya prezidentlərinin görüşü başa çatıb.
Görüşdən sonra Emmanuel Makron və Vladimir Putin danışıqların yekununa dair birgə mətbuat konfransı keçiriblər.
Fransız lider rusiyalı həmkarı ilə Suriya münaqişəsinin müzakirə etdiyini söyləyib:
"Vacib məsələlərdə Rusiya ilə dialoq aparmamaq olmaz. Suriya da bu vacib məsələlərdəndir. Biz bunu müzakirə etdik. Bu məsələdə prioritet İŞİD terrorçuları ilə mübarizədir. Suriyada sülhü bərpa etmək üçün siyasi həll yolunu axtarmaq lazımdır". Makron onu da bildirib ki, Paris üçün Suriyada kimyəvi silahın tətbiq olunması "qırmızı xətdir".
Fransız liderin fikrincə, Suriya dövlətinin süqutuna yol vermək olmaz.
Putin və Makron görüş zamanı Ukrayna problemini də müzakirə ediblər. Prezidentlər Ukrayna münaqişəsinin həlli ilə bağlı Minsk razılaşmasının həyata keçirilməsi haqqında danışıblar. Makron tez bir zamanda Normand formatında görüşün keçirilməsinin vacibliyini əmin olduğunu bildirib.
Fransız lider Putinlə Çeçenistanda cinsi azlıqlarla bağlı vəziyyəti də Putinlə müzakirə etdiyini söyləyib. Onun sözlərinə görə, prezidentlər Rusiyada LGBT-nin vəziyyətini izləmək üçün birgə Fransa-Rusiya Vətəndaş Cəmiyyəti forumunun yaradılması barədə razılığa gəliblər: "Biz də istəyirik ki, ölkələrimizin vətəndaş cəmiyyətləri arasında sıx əlaqələr, konstruktiv dialoq olsun. Hazırda Almaniya və Rusiya arasında artıq belə sxem mövcuddur. Biz də bu yolla getmək istəyərik ki, gənclər, iqtisadi strukturlar, elmi dairələr yaxınlaşsın".
Makron Fransanın Rusiya ilə əməkdaşlıqda maraqlı olduğunu söyləyib: "O ki qaldı ikitərəfli münasibətlərə, demək istərdim ki, biz bu münasibətləri davam etdiririk. Əminəm ki, iki ölkə arasında humanitar sahədə sıx əlaqələrin olması vacibdir. Bu çünki görüşdə ikitərəfli münasibətlərdən, Rusiya-Avropa Birliyi münasibətlərindən danışdıq. Dünyadakı problemli nöqtələrdən danışdıq. Prezident Putinlə bu çətin məsələlərin həllinə ümumi yanaşma tapmağa cəhd etdik".
Vladimir Putin isə çıxışında Parisin Moskva ilə iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu söyləyib: "Bütün çətinliklərə baxmayaraq, son illərdə 500-ə yaxın fransız kompaniyası Rusiya bazarından getməyib".
Putinin fikrincə, Fransada daha çox rusiyalı tələbələr təhsil almalıdırlar: "Gənclər arasında mübadiləni möhkəmləndirmək lazımdır".
Rusiya lideri fransız həmkarı ilə Koreya yarımadasındakı nüvə silahı problemi və onun həlli yolları barədə fikir mübadiləsi apardıqların bildirib:
"Kremlin hansısa ölkədə prezident seçkilərinə müdaxiləsi məsələsini müzakirə etmədik. Bunun nəyin müzakirə edək. Hesab edirəm ki, burda müzakirə predmeti mövcud deyil".
Makron da öz növbəsində ona ünvanlanan prezident seçkiləri vaxtı rəqibi olan Marin Le Penin Moskvaya səfəri ilə bağlı sualı şərh etməyib. O, Putinlə fikir mübadiləsinin açıq keçdiyini, tərəflərin danışıqlar zamanı bir-birinə hər şeyi söylədiklərini vurğulayıb:
"Bu ilk fikir mübadiləsi idi. Mənə elə gəlir ki, dialoq çox açıq alındı. Mən bir sıra vəziyyətlərlə bağlı düşüncələrimi dedim.
Putin fransalı həmkarını Rusiyaya səfərə dəvət edib. O, çar I Pyotrun bir neçə həftə Parisdə olduğunu xatırladıb. Məlumdur ki, diplomatik dünyada hər şey qarşılıqlıdır. Mən də cənab prezidenti Rusiyaya dəvət edirəm. Ümid edirəm ki, o, Moskvada bir neçə həftə keçirə biləcək".
Qeyd edək ki, Fransa və Rusiya prezidentlərinin danışıqları 2 saat 50 dəqiqə çəkib. Danışıqlar qapalı rejimdə mətbuatın iştirakı olmadan keçirilib. Prezidentlərin mətbuat konfransında danışıqlar zamanı müzakirə etdikləri məsələlərə toxunublar. Onlar arasında ikitərəfli münasibətlər, Rusiya-Aİ münasibətləri, Suriya və Ukrayna münaqişələri, Çeçenistandakı cinsi azlıqlar məsələsi olub. Hər iki ölkənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olmasına baxmayaraq prezidentlər Qarabağ məsələsini müzakirə edib-etmədiklərini açıqlamayıblar.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi