Sürücüsü qəfil əyləci basdı, gənc qızın beli sındı - Bakıda

img

29-05-2017 [15:35]


Bakının Nərimanov rayonunda sərnişin avtobusunda bədbəxt hadisə baş verib.

Hadisə 24 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb.

Keşlə bazarı yaxınlığında ikən sürücünün qəfil əyləcə basması nəticəsində avtobusda olan sərnişinlərdən biri, 1995-ci il təvəllüdlü Salmanova Nərmin İlham qızı arxasıüstə yıxılıb və onun bel nahiyəsi arxa oturacağa dəyərək qırılıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.(Report) 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA