?Biz Laçın və Kəlbəcərin 5 il ərzində Azərbaycanın tərkibinə qaytarılmasına razılıq vermizik, lakin Ermənistan məsələni uzadır?

img

15-07-2010 [02:39]


?Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündə öncə işğal altında olan Kəlbəcər və Laçın rayonlarının qaytarılması müddəti ilə bağlı məsələ müzakirə olunub?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan tərəfi vaxtilə Kəlbəcər və Laçının qaytarılması üçün 10 il, Azərbaycan tərəfi 1 il vaxt tələb edirdi. Onun sözlərinə görə, Azərbaycan tərəfi 5 il ərzində bu rayonların Azərbaycanın tərkibinə qayıtmasına razılıq verib, amma Ermənistan bu məsələləri yenidən müzakirəyə çıxarıb. E.Məmmədyarov onu da vurğulayıb ki, Rusiya tərəfi bir sıra təkliflər irəli sürüb və bu təkliflər Sankt-Peterburq görüşündə müzakirə olunub: ?Rusiya tərəfi istəyir ki, nizamlanma prosesində bəzi irəliləyişlər olsun və ona görə bu təklifləri verir. Amma Azərbaycan üçün də çətindir. Biz elə fikirləşirdik ki, artıq razılığa gəlmişik, məsələ həll olunub. Dediyimiz 5 il müddəti Madrid prinsiplərində də əks olunmuşdu. Amma məsələ Ermənistanın mövqeyinə görə uzanır və Rusiya indi tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışır. Bu istiqamətdə işləmək çətindir. Əgər hansısa məsələlərdə razılığa gəliriksə, sonrakı prosesdə həmin məsələlər yenidən müzakirə olunursa, proses kifayət qədər çətinləşir?. [b]Rəhilə MANAFOVA[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA