Tələbələr üçün ?Liderlik Məktəbi? adlı layihə həyata keçirəcək

img

15-07-2010 [02:15]


28 iyul tarixindən başlayaraq Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə Lənkəran şəhərində 1-ci və 2-ci kurs tələbələri üçün ? Liderlik Məktəbi? adlı layihə həyata keçirəcəkdir. Liderlik Məktəbində 39 ali təhsil müəsissəsindən 130 tələbənin iştirak edəcəyi gözlənilir. Layihə çərçivəsində tələbələrə liderlik və təşkilati quruculuq, ictimaətlə əlaqələr, layihələrin yazılması və idarə olunması, maliyyə vəsaitinin toplanması mövzuları üzrə təlimlər keçiriləcəkdir. Bununla yanaşı layihədə millət vəkilləri, müxtəlif dövlət orqanlarının nümayəndələri, tanınmış elm xadimləri və ziyalılarla tələbələrin görüşləri keçiriləcək, regionun tarixi yerlərinə ekskursiyalar təşkil ediləcəkdir. Layihə 4 avqust tarixinədək davam edəcək. Qeyd edək ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqi 20 Noyabr 2009-cu il tarixdə yaranmışdır. Ittifaq özündə dövlət və özəl olmaqla 39 ali təhsil müəsissəsini birləşdirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA