27-05-2017 [23:02]
Tacikistanın paytaxtı Düşənbədə "28 May – Respublika Günü” ilə bağlı rəsmi qəbul keçirilib.
Azərbaycanın Tacikistandakı səfirliyindən Mia.az-a verilən məlumata görə, tədbirin əvvəlində Azərbaycan və Tacikistanın dövlət himnləri səsləndirildi. Ardınca AR-in Tacikistandakı Fövqəladə və Səlahiyyətli səfiri A.Həsənov və TR Xarici İşlər Naziri Sirocaddin Aslov çıxış ediblər.
Səfir çıxışında 23 ay mövcud olmuş şərqin ilk demokratik parlamentli respublikası olan Azərbaycan Demokratik Respublikasının yaranması və əhəmiyyəti barədə məlumat verərək qeyd edib ki, qısa müddət ərzində bütün dövlət atributları yaradılıb:
"Qonşu dövlətlərlə və Avropa ölkələri ilə diplomatik əlaqələr qurulub. Təəssüflər olsun ki, 28 aprel 1920-ci ildə ADR 11-ci Qızıl Ordu tərəfindən işğal olundu".
Səfir A.Həsənov Azərbaycanın 71 il sovet hakimiyyətinin tərkibində qaldığı illərdə, xüsusilə 1969-1982-ci ilərdə geridə qalmış kənd təsərrüfatı ölkəsindən inkişaf etmiş sənaye ölkəsinə çevrildiyini vurğulayıb:
"Uğurlar cəhətlər, yəni elm-mədəniyyət, təhsil sahəsində inkişaf olsa da, Azərbaycan müstəqil və azad deyildi, müstəqil siyasət apara bilmirdi”.
Səfir A.Həsənov 1991-ci ildə yenidən müstəqillik əldə edən respublikamızın ilk illərdə müharibə və xaosla üzləşdiyi, nəticədə 20 % torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, 1 milyondan artıq qaçqın və məcburi köçkünün yaranması barədə danışıb. Həmçinin qeyd edib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın istəyi və tələbi hakimiyyətə qayıdışına qədər Azərbaycanda iqtisadiyyat dağılmış vəziyyətdə idi:
"H.Əliyev ilk növbətə vətəndaş müharibəsinin qarşısını aldı, neft strategiyasını həyata keçirməklə müstəqil, suveren Azərbaycanın dinamik inkişafının əsasını qoydu. Bu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük müdriklik, zərgər dəqiqliyi, qətiyyət və cəsarətlə həyata keçirir. Bunun nəticəsi olaraq, Azərbaycan Qafqazın ən qüdrətli dövlətinə çevrilmişdir. Bugün Azərbaycanın dünya miqyasında sözü və mövqeyi ilə hesablaşırlar. Bu Cənab Prezidentin apardığı siyasətin bariz nümunəsidir".
Səfir Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər barədə danışdı. Hər il müxtəlif beynəlxalq idman oyunları, humanitar forumlar, musiqi festivalları barəsində səfir A.Həsənov geniş məlumat verib.
Eyni zamanda, Azərbaycanın həyata keçirdiyi tranmilli layihələr haqqında danışan səfir A.Həsənov, Qərb-Şərq Çin-Qafqaz-Avropa dəmiryolu xətti, Şimal-Cənub Fars körfəzi-Azərbaycan-Rusiya dəmiryolu xətti barəsində geniş məlumat verib:
"Göründüyü kimi, regionda heç bir layihə Azərbaycanın iştirakı olmadan həyata keçirilmir".
Səfir A.Həsənov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ili İslam Həmrəyliyi ili elan edildiyini və bunun nəticəsi olaraq Bakıda 12-22 may tarixlərində keçirilmiş IV İslam Həmrəyliyi Oyunları barəsində tədbir iştirakçılarına geniş məlumat verərək bildirib ki, 50-dən çox islam ölkəsindən 3000-dən çox idmançı qatılıb: "Oyunların qalibi 124 medalla Azərbaycan olmuşdur. Bu 124 medalın 75-i qızıl medallar təşkil edir".
Səfir çıxışında eyni zamanda bildirib ki, Azərbaycan və Tacikistan respublikaları arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi bizim bu bayram gününə təsadüf edir: "Bu bizə ikiqat bayram əhval-ruhiyyəsi verir".
Çıxışının sonunda Səfir A.Həsənov Tacikistanda yaşayan həmvətənləri təbrik edib, onlara xoş arzularını çatdıraraq bildirib ki, "Arzu edirəm ki, hər bir azərbaycanlı vətəni ilə fəxr etsin və heç bir zaman qəlblərində vətən sevgisi əskik olmasın!”.
Ali qonaq qismində çıxış edən S.Aslov Azərbaycan xalqını Tacikistan hökuməti adından "Respublika günü” münasibətilə təbrik edib, Azərbaycan xalqına və dövlətinə daha böyük uğurlar arzulayıb:
"Azərbaycanın sürətli inkişafı bizi çox sevindirir. Azərbaycan xalqının Ümummilli Lideri H.Əliyev əsl lider olaraq vətəndaş müharibəsinin qarşısını alıb, dövlətini və xalqını böyük bəlalardan xilas edib.
Nazir Tacikistan-Azərbaycan münasibətlərindən məmnunluğunu bildirərək qeyd etdi ki, ikitərəfli münasibətləri müxtəlif sahələrdə genişləndirmək üçün imkanlar daha çoxdur”.
Qəbul zamanı Azərbaycanın mədəniyyəti, tarixi abidələrini, milli mətbəxini, Bakı şəhərinin və regionların bu günkü gözəl mənzərələrini əks etdirən video görüntülər nümayiş etdirilib, Azərbaycanın klassik və muğam musiqisi səsləndirilib, 28 may – Respublika Günü ilə bağlı azərbaycan, tacik, ingilis və rus dillərində hazırlanmış pres-relizlər paylanılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi