27-05-2017 [17:23]
"Azərbaycan Beynəlxalq Bankının (ABB) mayın 23-də beynəlxalq kreditorlara təqdim etdiyi xarici öhdəliklərin restrukturizasiyası planının təsdiqlənməsinə investorlar tərəfindən razılıq veriləcək".
Bunu "BNE Intellnyus” nəşrinə müsahibəsində "Moody’s” beynəlxalq reytinq agentliyinin vitse-prezidenti Mariya Malyukova bildirib.
M.Malyukova qeyd edib ki, kreditorların təsdiqləyəcəyi plana əsasən, ABB-nin investorlar qarşısındakı öhdəlikləri suveren istiqrazlarla əvəzlənəcək, ödəniş müddəti uzadılacaq və gəlirlilik azalacaq.
"Kreditorlar restrukturizasiya planını təsdiqləməzsə, alternativ variant bankın ləğv olunması ola bilər ki, bu da kreditorlar üçün daha böyük itki dəməkdir”, – deyə, analitik izah edib.
Restrukturizasiya planı elan olunduqdan sonra "Fitch Ratings” ABB-nin reytinqini "CCC” səviyyəsindən "RD”, yəni məhdud defolt səviyyəsinədək endirib. M.Malyukova bildirib ki, "Moody’s” analoji addım atmayacaq.
Xatırladaq ki, mayın 11-də ABB xarici öhdəliklər üzrə ödənişləri dayandırdığını və xarici valyutada olan borcunun restrukturizasuyasını elan edib. Həmin gün Maliyyə Nazirliyinin yaydığı açıqlamada qeyd edilib ki, xarici valyutada olan borc suveren bondlarla (istiqrazlarla) əvəzlənəcək. Restrukturizasiya planından görünür ki, söhbət 3,34 mln. dollarlıq xarici öhdəlikdən gedir.
Ən iri kreditorlar qismində ABB-yə 1,1 mlrd. dollarlıq depozit yatıran Azərbaycan Dövlət Neft Fondudur (ARDNF) və ABŞ-ın iki nəhəngi – "Cargill” və "Citibank” çıxış edir. ABB-nin Nyu-York məhkəməsinə defolt elan olunması ilə bağlı müraciəti investorlar üçün şok olub.
Belə ki, 2015-ci ildən etibarən hökumət banka kapitallaşma, toksik aktivlərin təmizlənməsi üçün zəruri dəstəyi verib. Restrukturizasiya planı xarici kreditorların ⅔-si tərəfindən razılaşdırıldığı halda onun icrasına başlanılacaq. Bildirilir ki, ABB "Cargill” üçün olduqca əlverişli, daha az itkiyə səbəb olacaq variant təklif edib. Başqa sözlə, ABB resgrukturizasiya planının təsdiqlənməsini təmin edib.
"Azərbaycan hökuməti indiyədək öz üzərinə 10 mlrd. manatlıq toksik aktivi götürməklə, banka ciddi dəstək verib. Bu dəstək ÜDM-in 18%-nə bərabərdir. Lakin ötən il bankın açıq valyuta mövqeyindən itkiləri 1,3 mlrd. manat təşkil edib. Görünür, hökumət bu qədər itki gözləmirdi. Bu səbəbdən ABB-nin xarici öhdəliklərinin restrukturizasiyasına qərar verilib”, – deyə M.Malyukova bildirib.
O, əlavə edib ki, xarici öhdəliklərin restrukturizasiyası planı "Moody’s” üçün də sürpriz olub.
"Hazırda Azərbaycanın bank sektorunun aktivləri ÜDM-in 53%-nə bərabərdir ki, bu da hökumət üçün idarəolunan səviyyədir. Belə ki, ölkənin strateji valyuta ehtiyatları 33 mlrd. dollara və ya ÜDM-in 92%-nə bərabərdir”, – deyə vitse-prezident bildirib.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi