Aygün Kazımovaya DTX-da vəzifə verildi - Xalq artisti ilə bağlı əmr

img

27-05-2017 [10:19]


Xalq artisti Aygün Kazımova Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) solisti təyin olunub.

Mia.az xəbər verir ki, bu barədə Femida.az-a xalq artisti özü məlumat verib. 

O, açıqlamasında bildirib ki, artıq bununla bağlı rəsmi əmr də çıxıb.

Xatırladaq ki, xalq artisti Aygün Kazımova Dövlət Bayraq Meydanından start götürən "28 MAY - Respublika günü”nə həsr olunmuş yürüşdə iştirak edib. Daha sonra təşkil olunmuş konsert proqramında çıxış edib. 

Yürüşdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyev də iştirak edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA