26-05-2017 [13:56]
"Əgər orda bircə cümlə varsa ki, 100 illik yubiley dövlət səviyyəsində qeyd olunsun, deməli, bu, dövlət bayramıdır. Rəsulzadə bu bayrağı parlamentin üstünə qaldırmışdı, İlham Əliyev də o bayrağı 162 metr yüksəkliyə qaldırdı”.
Mia.az bildirir ki, bu sözləri araşdırmaçı alim, dəyərli ziyalımız, jurnalistikamın ağsaqqalı Şirməmməd Hüseynov prezident İlham Əliyevin Xalq Cümhuriyyətimizin 100 illiyinin keçirilməsi barədə imzalanan sərəncamını "Yeni Müsavat” qəzetinə şərh edərkən bildirib.
Onun sözlərinə görə, dünyada sayı 100 milyondan çox olan xalqlar olsa da dövlətləri yoxdur:
"Kürdləri görürsən nə oyunlar çıxarırlar? Yəhudiləri görürsən? Hindistanda millət var ki, 100 milyondur, dövləti yoxdur, a kişi! Çində 35 milyon uyğur var. Sən 10 milyon olacaqsan, müstəqil dövlətin var. Məhəmməd Əmin deyir ki, bir millət gərək əzmlə, iradə ilə, şövqlə yaşamağı bacarsın. Şövqlə yaşamayan millət bir şey yarada bilməz. Biz bir az geniş düşünməliyik. Müstəqillik əldə etmişik. Amma bu müstəqilliyi idarə edənlər sovet dövründən qalanlardır. Müstəqillik dövrünün kadrları hələ təzə yetişir, 25 ildir. Mən Çingiz Aytmatovdan soruşdum ki, bizim Avropa səviyyəsində idarə olunmaq mexanizmi nə vaxt yaranacaq? Dedi, 5-6 nəsil sonra. Qardaş, Cümhuriyyət cavandır da. İran dövləti 2750 illiyini bayram elədi. Türklər 2085-ci ildə Türkiyə adlı dövlətin min illiyini bayram edəcəklər. Qardaş, gərək bunları başa düşəsən. Azərbaycan adlı dövlətimiz olmayıb axı. Bunlar yaratdılar. Olub Ağqoyunlular, Qaraqoyunlular. Bir də ki, gərək tullana biləcəyin məsafəni biləsən, ondan artığı barədə danışmayasan. Adamın boyundan yuxarı tullanması çətindir”.
Ş. Hüseynov AXC-nin 100 illiyinə hazırlaşdığını deyib: "Mən Cümhuriyyətimizin 100 illiyinə 50 ildir hazırlaşıram. Məhəmməd Əminin 5 cildliyini hazırlayıb nəşr etdirmişəm. Üzeyir bəyin iki cildini buraxmışam. "İstiqlal”ı çap elədim. Budur bax, mənim 100 illiyə hədiyyəm”.
Şirməmməd Hüseynov prezident İlham Əliyevlə görüşü zamanı onunla arasında olan maraqlı söhbəti də açıqlayıb.
"Prezidentə dedim, mən bura gələndə fikirləşirdim ki, 57 il bundan qabaq sənin baban Əziz Əliyevlə nərd oynayan adamam, budur, kitabda da yazılıb. Həmin kitabda professor Cəfərov öz xatirəsini yazıb ki, mən axşam Əziz Əliyevgilə getdim. Məni içəri dəvət etdilər gördüm ki, Əziz Əliyev Şirməmməd Hüseynovla nərd oynayır. Dedim, məni bu görüşə çağıranda düşündüm ki, dünyanın işinə bax e, 57 il bundan qabaq mən nərd oynadığım kişinin nəvəsi prezident olub, mən də onunla görüşə gedirəm. Prezident də dedi ki, hələ mənimlə nərd oynamamısan”.
Ş. Hüseynov Cümhuriyyət qurucularının məzarlarının Azərbaycana gətirilməsi ilə bağlı müzakirələrə də toxunub: "Hər bir nəslin qarşısında elə vəzifələr var ki, o, birinci növbədədir. Bu saat Azərbaycan dövləti qarşısında duran bir nömrəli vəzifə Qarabağ məsələsidir. Yəni elə məsələlər var ki, qəbiristanlıq məsələsinin ortaya qoyulması vaxtı deyil. Bu saat biz Cümhuriyyət dövründən elə şeyləri tapmalıyıq ki, bu millətə faydası dəysin. Hər şeyin vaxtı var. Türk-İslam aləmində ilk parlamentin 100 illiyidir. Onun təcrübəsi bizə vacibdir, mən 3 cild yazıb qoymuşam. Bu Cümhuriyyətin memarı Müsavatdır. Müsavatı da Məmməd Əmin Rəsulzadə, onun məsləkdaşlarıdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi