Məşhur mağazalar şəbəkəsi bağlanır?

img

25-05-2017 [13:07]


Mingəçevir şəhərindəki "Bazarstore” filialının da fəaliyyətini dayandırdığı bildirilir.

Mia.az "Marja”ya istinadən xəbər verir ki, filial mayın 15-dən bağlanıb. 

Digər bir məlumata görə, Mingəçevirdə "Bazarstore” şöbəsinin bağlanması supermarketin yerinin əlverişsiz olması ilə bağlıdır. Daha yaxşı yer müəyyən edildikdən sonra şəbəkə nur şəhərində fəaliyyətini bərpa edə bilər. Bundan əvvəl, Xaçmaz şəhərindəki "Bazarstore” filialı fəaliyyətini dayandırmışdı.

Qeyd edək ki, Mingəçevirdə "Bazarstore" 29 May 2015-ci il tarixində istifdəyə verilmişdi.

Mingəşevirdə "Bazarstore”un bağlanmasından sonra şəbəkənin şöbələrinin sayı 23-ə düşüb.

Qeyd edək ki, 17 May 2017-ci il tarixində Abşeron rayonu, Şamaxı şossesi, Hökməli dairəsi yaxınlığında "Xırdalan Bazarstore” istifadəyə verilib. Artıq bu şöbənin də yerinin əlverişsiz olduğu bildirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA