25-05-2017 [12:15]
Son günlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı, intensiv hərbi əməliyyatların getdiyi dövrdə həlak olaraq tanınmadan dəfn edilmiş şəxslərə aid məzar yerləri və dəfn prosesində çəkilmiş fotoşəkillərin yayılması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb və ayrı-ayrı vətəndaşlar tərəfindən itkinlərə aid məzarların açılması istiqamətində bir sıra qeyri-qanuni addımların atılmasına cəhdlər edilib.
Bu barədə Trend-ə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumat verilib.
Bildirilir ki, silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərinin ekshumasiyasını həyata keçirmək üçün ilk növbədə onlarla bağlı tam və əhatəli məlumatlar toplanmalı, yaxın qohumlarından DNT nümunələri götürülməlidir:
"Bu proses başa çatdıqdan sonra, səlahiyyətli dövlət orqanlarının müvafiq qərarı əsasında məhkəmə-tibbi ekspertiza və digər mütəxəssislər heyəti müəyyən edilərək məzarda qazıntı işləri aparılmalıdır.
Xüsusi qaydada toplanmış insan qalıqları laboratoriyada zəruri prosedurları keçdikdən sonra meyitdən və itkinin yaxınlarından götürülmüş nümunələr tutuşdurularaq eyniləşdirmə aparılır. Proses müsbət nəticə verdiyi təqdirdə insan qalıqları ailəyə təhvil verilir.
Hazırda Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birlikdə bu sahədə müvafiq tədbirləri davam etdirir. Zəruri prosedurlar başa çatdıqdan sonra müəyyən edilmiş naməlum məzar yerlərində beynəlxalq standartlara uyğun ekshumasiya işləri aparılacaq və eyniləşdirilmiş meyit qalıqları itkin ailələrinə təhvil veriləcək.
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, aidiyyəti hüquq-mühafizə və məhkəmə orqanlarının qərarı olmadan naməlum məzar yerlərinin ekshumasiyasının və meyit qalıqlarının digər ərazilərə köçürülməsi hərəkətinin qanunla müəyyən edilmiş cinayət məsuliyyətinə səbəb olduğunu nəzərə alaraq, yerli ərazi inzibati orqanları nümayəndələrini və vətəndaşları bu cür hərəkətlərdən çəkinməyə çağırırıq".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi