Azərbaycan Beynəlxalq Bankın reytinqi yenə endirildi - "Fitch” tərəfindən

img

24-05-2017 [23:12]


"Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının xarici valyutada emitentin uzunmüddətli defolt reytinqini "CCC” səviyyəsindən "RD” (məhdud defolt) səviyyəsinədək endirib.
 
Mia.az APA-ya istinadən xəbər verir ki, qısamüddətli reytinq "C” səviyyəsindən "RD” səviyyəsinədək salınıb.

Hər iki reytinq RWE (yenidən baxılma) siyahısından çıxarılıb.

Bankın dayanıqlılıq reytinqi "f” səviyyəsində saxlanılıb. Banka verilən dəstək "5” səviyyəsində təsdiqlənib.

Reytinqin endirilməsi bankın elan etdiyi restrukturizasiya planı ilə əlaqədardır. "Fitch”in meyarlarına əsasən, restrukturizasiya ümidsiz borcların mübadiləsi deməkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA