24-05-2017 [17:14]
Azərbaycanda brend saatların satışı ilə məşğul olan VMF şirkəti ilə müştəri arasında qalmaqal yaranıb.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun BakuPost.az-a verdiyi məlumata görə, qalmaqal 1600 manat dəyərində olan saatlara görə baş verib. Belə ki, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yaşayan Əhmədov T. adlı şəxs may ayının 17-də şirkətin Park Bulvar ticarət mərkəzində yerləşən mağazasından ümumi dəyəri 1601 manat təşkil edən 2 ədəd Certina markalı saat alıb.
O, evə getdikdən sonra saatın sənədlərinə baxıb və tərkibində bahalı materialın olmadığını görüb. Bu səbəbdən saatı dəyişdirmək qərarına gəlib. Növbəti gün mağazaya yollanan T. Əhmədov orada zövqünə uyğun başqa bir saat tapmayıb və aldıqlarını qaytarmaq istəyib. Lakin satıcı saatları qaytarmaqdan imtina edib və onu servis rəhbəri Pərvanə xanımla əlaqələndirib. Servis rəhbəri rəhbərliklə danışdıqdan sonra, müştəriyə saatın qaytarıla bilməyəcəyini deyib. Əhmədov T. müvafiq qurumlara şikayət edəcəyini və istehlakçı hüquqlarının bərpasını tələb edəcəyini bildirsə də, ona məhəl qoyan olmayıb.
Saatı alan şəxs məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və Azad İstehlakçılar Birliyinə şikayət edib.
E. Hüseynov məsələyə şərh verərək bildirib ki, VMF şirkəti illərdir ki, müştəriləri ilə eyni problem yaşayır:"Təəssüf ki, bu saatlarla bağlı illərdir ki, şikayətlər gəlir və mağaza müştərilərlə danışıq yoluyla həll tapa bilmir”.

Məsələ ilə bağlı mağazayla əlaqə saxlasaq da, telefona cavab verən şəxs açıqlama vermək səlahiyyətinin olmadığını bildirdi və Pərvanə xanımla əlaqə saxlamağımızı məsləhət gördü. Pərvanə xanımın telefonuna isə zəng çatmadı.
Qeyd edək ki, VMF şirkəti 1998-ci ilin noyabr ayının 13-də Azərbaycanda ilk dəfə olaraq saat, qiymətli əşyalar və aksessuarlar biznesində öz fəaliyyətinə başlayıb. Onun İsveçrənin məşhur Longines saat şirkəti ilə əməkdaşlığından sonra VMF Swatch Qrupa daxil olan – Rado, Hamilton, CK, Tissot, Swatch, Flik-Flak, kimi və həmçinin SWATCH Qrupa daxil olmayan Raymond Weil, Maurice Lacroix, Versace, Ferragamo, Vers us, Seiko, Casio, Caran d’Ache kimi dünyanın tanınmış şirkətləri ilə öz biznesini daha da genişləndirib.
Onu da bildirək ki, VMF şirkətinin fəaliyyətinə xitam verilmiş ANS şirkətlər qrupunun rəhbəri Vahid Mustafayevə məxsus olduğu bildirilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi