Yol polisindən 250 manatlıq tələ - Video

img

24-05-2017 [16:21]


"Aeroport şossesində 100-dən sonra 40 sürəti qoyublar. Yəni, siz sol 100-lük yolda gedəndə radar qoyub çəksələr, saatda 60 km/saat aşıb 250 manat cərimələnə bilərsiniz”.

Bu sözləri məşhur DJ Tural Yusifov social şəbəkədə yazıb. Şossedə video çəkiliş edən aparıcı bildirib ki, tabloda 60, 80 və 100 km/saat sürət qeyd olunsa da, yol nişanında hərəkət sürəti 40 göstərilib:

"Nişan müvəqqəti deyil və mən əminəm ki, yolda hərəkət edən minlərlə sürücü bu nişana diqqət etmir. Sabah Olimpiya stadionundan o tərəfə radar quraşdırsa, hamı radara düşəcək. Çünki bu 40 sürəti sadəcə bu zolağa aid deyil, bütün yola aiddir. Solda 100-lə gələn saatda 60 km/saat sürəti aşmış olur. Bu isə 250 manat cərimədir.Bu yol nişanının bura qoyulmasının məntiqi nədir bilmirəm. 7-ci zolaqda hərəkət edən sürücü bunu necə görsün?”.

qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA