Yayda keçiriləcək qəbul imtahanlarına 62 028 abituriyent qatılacaq

img

24-05-2017 [11:38]


Azərbaycanın ali məktəblərinə və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə yayda keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatıb.

Dövlət İmtahan Mərkəzindən apa-nın sorğusuna cavab olaraq bildirilib ki, abituriyentlərin elektron ərizə qəbulu bu gün saat 11:00-da yekunlaşıb.

İlkin məlumatlara əsasən, həmin imtahanlarda iştirak etmək üçün I-IV ixtisas qrupları üzrə 62028 abituriyent (56347-si Azərbaycan, 5681-i Rus bölməsi üzrə) qeydiyyatdan keçib. Onlardan 23509-u I, 17914-ü II, 16160-ı III, 4445-i isə IV ixtisas qruplarını seçib. Müəyyən olunmuş müddətdə elektron ərizələrini təsdiq etməyən (etdirməyən) abituriyentlər imtahana buraxılmayacaqlar.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA