Bakı islam Universitetinə tələbə qəbulu elan edilib

img

14-07-2010 [11:45]


Bakı İslam Universitetinə 2010/2011-ci tədris ili üçün ?Dinşünaslıq? ixtisası üzrə tələbə qəbulu elan edilib. Müsabiqədə cari tədris ili üzrə III ixtisas qrupu üzrə qəbul imtahanında 250 və daha yüksək bal toplamış abituriyentlər iştirak edə bilərlər. Abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Müsabiqədə iştirak etmək istəyənlər 2010-cu il iyulun 15-dən iyulun 25-dək Bakı İslam Universitetində təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün aşağıdakı sənədələr tələb olunur: - şəxsiyyəti təsdiq edən sənədin əslini - sağlamlıq haqqında arayış - 4 ədəd 3x4 ölçüdə fotoşəkil - Təsdiq olunmuş elektron ərizənin surəti

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA