23-05-2017 [18:23]
Dünən Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşkilatının Azərbaycana səfərə gələn nümayəndə heyəti ilə görüşü keçirilib.
Bu barədə Mia.az-a daxil olan məlumata görə, görüşdə Açıq Hökumət Platforması üzvü QHT-lər, qurumda təmsil olunan Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rəhimov, Milli Məclisin deputatı, Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə Milli koordinatoru Vüsal Hüseynov iştirak edib.
Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev qeyd edib ki, Azərbaycan 2011-ci ildə Beynəlxalq Açıq Hökumət Təşəbbüsünə (AHT) qoşulan ilk ölkələrdən olub. Azərbaycan hökuməti AHT-dən irəli gələn islhatların həyata keçirilməsi üçün iki milli fəaliyyət planı qəbul edib: "Vətəndaş cəmiyyəti Açıq Hökumətin təşviqi üzrə 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının hazırlanmasında fəal iştirak edib, ictimai dinləmələrin təşkilatçısı olub. Vətəndaş cəmiyyətinin əksər təklifləri nəzərə alınıb.
09 sentyabr 2016-cı il tarixdə MFP-yə uyğun olaraq, 31 QHT təmsilçisi və 9 dövlət qurumu və parlament təmsilçisinin və iştirakı ilə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması təsis olunub. Platformanın məqsədi Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün Azərbaycanda tətbiqinə hərtərəfli dəstək verilməsi, hökumət-vətəndaş cəmiyyəti dialoqunun inkişaf etdirilməsidir. Platformanın yaranması Açıq Hökumət Təşəbbüsünün Azərbaycanda tətbiqinin genişləndirilməsi, bu prosesdə vətəndaş cəmiyyətinin yaxından iştirakı, digər məsələlərin həllinə yeni imkanlar verir ”.
Ə.Nuriyev bildirib ki, quruma üzvlük açıqdır və davamlı olacaq. Bu təşəbbüsü dəstəkləyən vətəndaş cəmiyyəti təşkilatları, parlament və hökumət nümayəndələri Platformaya üzv ola bilərlər.
Platformanın fəaliyyəti barədə məlumat verən Ə.Nuriyev qeyd edib ki, QHT-lər üçün əlverişli mühtin yaradılması məqsədi ilə hökumətlə daimi müzakirələr aparır. Bu istiqamətdə konkret addımlar atılıb. Platformanın təklifləri nəzərə alınıb. Bunlarla yanaşı, QHT-lərin üzləşdikləri problemlər də həll edilib. Platforma Azərbaycan iqtisadiyyatının inkişafı üzrə Strateji yol xəritələrinin hazırlanmasında iştirak edib. AHT-nin regionalarda tətbiqinə dəstək verilməsi məqsədilə QHT-lər və dövlət qurumlarının iştirakı ilə Sabirbad, Saatlı, İmişli rayonlarını əhatə etməklə Yerli Səviyyəli Açıq Hökumət Platforması yaradılıb.
Hazırda QHT-lər üçün əlverişli mühit yaradılması ilə bağlı hökumətlə konsultasiyalar davam etdirlir və müvafiq təkliflər təqdim edilib. Platforma bu istiqamətdə ardıcıl işləyir”.
Açıq Hökumət Tərəfdaşlığının 2016-cı il may ayında Azərbaycanın statusunun tamhüquqlu üzvlükdən qeyri-aktiv ölkə statusuna endirilməsi ilə bağlı qərarını xatırladan Platforma koordinatoru ölkəmizin tövsiyyələri icra etdiyini vurğulayıb. Qeyd edib ki, vətəndaş cəmiyyəti Azərbaycan tamhüquqlu üzv statusunun bərpa olunmasını vacib hesab edir: "AHT vətəndaş cəmiyəti üçün çox mühümdür. Bu təşəbbüs hökumətlə yeni əməkdaşlıq, dialoq imkanları təqdim edir. Hökumət də müvafiq müsbət addımlar atmaqdadır. Bu baxımdan Azərbaycanın statusunun bərpasına çağırırıq”.
Ə.Nuriyev diqqətə çatdırıb ki, Azərbaycandakı vəziyyətlə bağlı müxtəlif mənbələrdən məlumat almaq vacibdir. Çünki, bir mənbədən alınan məlumatlar vəziyyəti düzgün əks etdirmir.
Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatında Vətəndaş cəmiyyəti iştirakı məsələləri üzrə direktor Paul Massen qeyd edib ki, Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatı Azərbaycanla bağlı çox çətin qərar verib. Bu qərar Azərbaycanın təşkilatdan uzaqlaşdırılması yox, AHT-nin tətbiqi ilə bağlı daha geniş islahatlara təşviqi məqsədilə verilib.
P.Massen qeyd edib ki, son bir ildə Azərbaycan hökuməti tövsiyyələrin icrası ilə bağlı əhəmiyyətli addımlar atıb: "Platformanın yaradılması çox böyük uğurdur. QHT qanunvericiliyinə dəyişikliklər istiqamətində işlər görülüb. Bu barədə məlumatlıyıq. Azərbaycanla bağlı qərar iyun ayında veriləcək. Hökumət-vətəndaş cəmiyyəti dialoqu çox mühümdür. Biz bunu təşviq edirik. Azərbaycanda da bu istiqamətdə daha çox iş görülməsini istəyirik”.
P.Massen bu görüş zamanı hökumət vətəndaş-cəmiyyəti dialoqu, QHT-lər üçün əlverişli mühitin yaradıılması ilə bağlı daha hansı işlərin görülməsi barədə təkliflər, fikirlər eşitmək istədiklərini də diqqətə çatdırıb.
Müzakirələrdə Platforma üzvlərinin əksəriyyəti çıxış edərək fikirlərini və təkliflərini səsləndiriblər. Müzakirələr zamanı qeyd olunub ki, Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığında stausunun bərpası Azərbaycan vətəndaş cəmiyyəti üçün çox vacibdir. Vətəndaş cəmiyyəti bu imkanlardan yararlanmaq istəyir.
Çıxışlarda qeyd olunub ki, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanla bağlı qərarı çox ədalətsiz olub. Bu qərar verilən zaman vətəndaş cəmiyyətinin maraqları nəzərə alınmayıb və daha çox siyasi mülahizələr əsas götürülüb.
Platforma üzvləri bildiriblər ki, xüsusən xarici donorların Azərbaycan QHT-lərinə qrant verməsi prosedurlarının sadələşdirilməsi, QHT qanunvericiliyin in təkmilləşdirməsi ilə bağlı məsələləri diqqətdə saxlayırlar. Bunu əsas problem kimi qeyd edirlər. Bu istiqamətdə hökumətlə müzakirələr aparılır.
Çıxışlar zamanı Platforma üzvləri Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığında stausunun bərpasına çağırıblar.




Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi