23-05-2017 [15:28]
Rumıniyanın paytaxtı Buxarest şəhərində Avropa Jurnalistlər Federasiyasının (AFJ illik toplantısı keçirilib. 18-19 may tarixlərində keçirilən və 30 ölkədən EFJ-yə üzv təşkilatların qatıldıqları toplantıda Azərbaycandan AFJ-nin yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqı iştirak edib.
Bu barədə Mia.az-a açıqlama verən JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, toplantıda öncə AFJ-nin təşkilati məsələləri müzakirə edilib; AFJ strukturlarının (pezident Moqan Bliçerin və ayrı-ayrı departamentlərin) hesabatları dinlənilib, qəbul edilib.
Daha sonra Avropa qitəsində medianın durumu müzakirəyə çıxarılıb. Müzakirələr bölümündə öncə ATƏT-in media ofisinin təmsilçisi Patrik Penninksin və Avropa Şurasının İnformasiya ofisindən Marilin Clarkın məruzələri dinlənilib.
Hər iki məruzəçi dünyada, o cümlədən Avropada media azadlığı kontekstində neqativ tendensiyaların çoxalmasından narahatlıqlarını qeyd ediblər: "Xüsusilə, Şərqi Avropa məkanında durum pisləşməkdə davam edir. Əksər ölkələrdə ictimai yayım qanunları pisə doğru dəyişdirilir. Həmçinin, media, əmək, təhlükəsizlik sahəsində qəbul edilən qanunvericiliklərə media azadlığının məhdudlaşdırılmasına yönələn madələr daxil edlir”.
Polşada ictimai yayım haqqında qanuna antidemokratik maddələrin əlavə edilməsinin ardınca Macarıstanda da analoji proseslər gedib və bu tendensiya güclənməkdə, digər ölkələrə yayılmaqda davam edir. Toplantıda ictimai yayım haqqında qanunlara neqativ dəyişikliklərin durdurulması çağırışı edilib.
AFJ pezidenti Moqan Bliçer isə çıxışında xüsusi vurğulayıb ki, son illərdə "əmək qanunlarına və medi yayımını tənzimləyən qanunlara edilən dəyişikliklər KİV qurumları sahiblərinə jurnalist kollektivləri üzərində daha artıq səlahiyyətlər verir ki, bu da jurnalistləri peşə standartlarından daha çox, sahibkarların istəklərinə uyğun davranışa sövq edir”.
O, Avropa məkanında "kollektiv sövdələşmələr” mövzusuna yenidən qayıdışın, jurnalist hüquqları mövzusunun aktuallaşdırılmasının zəruri olduğunu önə çəkib.
Məruzələrdə vurğulanıb ki, xüsusi olaraq Balkan ölkələrində media və əmək qanunvericiliyinə edilən neqativ dəyişikliklər medianın maliyyə sıxıntılarının artması, jurnalistlərin sosial durumlarının pisləşməsi kimi proseslərə yol açıb, bu tendensiya getdikcə genişlənir və digər ölkələrə də yayılır. Məruzələrdə media və əmək qanunvericiliyinə edilən neqativ dəyişikliklərin aradan qaldırılmasına çağırış ifadə edilib.
Məruzələrdə internetin inkişafı ilə əlaqədar olaraq ortaya çıxan problemlər də qeyd edilib: "İnternetin sürətli inkişafı müəllif hüquqlarının qorunmasını çətinləşdirir, xəbər istehsalı zamanı etik standarın qorunması sahəsində problemləri artırır. Bu problemlərin qarşısını almaq üçün qəbul edilən qanunlar isə, bəzən əlavə problemərə, ifadə azadlığının məhdudlaşdırılmasına yol açır. AFJ və İFJ mövzu üzrə müvafiq təşəbbüslər hazırlamaq üçün internet tənzimlənməsi və müəllif hüquqlarını araşdıran komissiyalarının fəaliyyətinin gücləndirilməsinə qərar verib”.
Toplantının gedişində ciddi müzakirə edilən mövzulardan biri də jurnalist təhlükəsizliyi olub. Həbslər, təqiblər, ölüm halları ilə yanaşı, münaqişə bölgələrində jurnalist fəaliyyətinin çətinləşməsi xüsusi qeyd edilib. Jurnalist təhlükəsizliyi mövzusunun aktul saxlanılması, problemin qarşısının alınması üçün yeni təşəbbüslər hazırlanmasına qərar verilib.
Çıxışlarda qeyd edilib ki, Avropa qitəsində media sahəsində önə çıxan problemlər və yeni çağırışlar sonradan örnək olaraq çox sürətlə digər ərazilərə də yayılır və qloballaşır. Bu baxımdan qitə ərazisində meydana çıxan problemlər operativ şəkildə həll edilməlidir ki, sonradan kütləviləşməsin.
JuHİ sədri Müşfiq Ələsgərli toplantı çərçivəsində müzakirələrə qatılmaqla yanaşı, bir sıra ölkələrin jurnalist təşkilatlarının təmsilçiləri ilə ikitərəfli görüşlər keçirib, ölkələrimizin media qurumları arasında əməkdaşlıq qurulması üçün razılıq əldə edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi