Yağış yağacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu

img

23-05-2017 [13:19]


Mayın 24-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah havanın temperaturunun gecə 15-17° isti, gündüz 21-26° isti, Bakıda gecə  15-17 isti, gündüz  23-25° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  758 mm civə sütunu, nisbi rütubət  gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 24-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, 25-də arabir güclənən küləkli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17° isti, gündüz  23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-17° isti olacağı gözlənilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA