Yüz minlərlə uşaq aclıq təhlükəsi ilə üzləşib - Ümumdünya Ərzaq Təşkilatından xəbərdarlıq

img

22-05-2017 [15:43]


Dünyada yüz minlərlə uşaq Ümumdünya Ərzaq Təşkilatının maliyyələşməsində yaranan problemlə əlaqədar aclıqdan ölmək təhlükəsi ilə üzləşib.

Bunu təşkilatın icraçı direktoru Devid Bisli deyib. O bildirib ki, təşkilatın maliyyələşməsində boşluqlar həll olunmasa, 600 min uşaq acından ölə bilər. D. Bisli qeyd edib ki, təşkilatın ABŞ tərəfindən maliyyələşdirilməsinin dayandırılmasının qarşısını almaq üçün Vaşinqtonda olan bütün əlaqələrini işə salacaq.

Qeyd edək ki, Devid Bisli daha əvvəl ABŞ-ın Cənubi Karolina ştatının qubernatoru olub.

APA



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA