22-05-2017 [10:18]
Hökumətdə neçə vaxtdır gözlənilən ixtisarlar İslamiada yekunlaşdıqdan dərhal sonra başlanacaq.
Mia.az xəbər verir ki, bu haqda xəbəri musavat.com yayıb. Qəzetə məlumat verən mənbə iddia edib ki, əksər nazirlik və komitələr bir neçə aydır ki, ixtisarlarla əlaqədar olaraq bağlı qapılar arxasında müzakirələr aparır, hansı idarə və müəssisələrin ləğv ediləcəyi, hansılarının birləşdiriləcəyi ilə bağlı dəqiqləşdirmələr aparılır. Mənbə deyib ki, bu gizliliyin bir neçə səbəbi var. Əsas səbəb isə ixtisarlarla bağlı narazılığın vaxtından əvvəl başlamasının qarşısını almaqdır. Hökumət ondan da ehtiyat edir ki, müxalifət də bu məsələdən hansısa formada yararlana bilər. Nazirlik və komitə kuluarlarında isə aylardır ki, bu müzakirələr gizli və ya aşkar şəkildə gedir. Rəhbərlik isə ciddi ixtisarlar xəbərlərini hələ də "medianın dedi-qodusu” kimi izah etməklə kifayətlənir.
Sayt yazır ki, proses İslamiadadan sonra başlayacaq və mümkündür ki, dekabradək davam etsin. Bəzi mənbələr idarəetmə strukturlarında çalışan 140 minə yaxım məmurun ixtisar olunacağı iddia edir ki, bu da sosial gərginliyi artıra biləcək kifayət qədər ciddi rəqəmdir.
Xəbərdə deyilir: "Artıq ixtisarlar və qurumların birləşdirilməsi ilə bağlı xəbərlər artmağa başlayıb. Məsələn, rəsmi təsdiqlənib ki, iki gün əvvəl Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi və Sularda Xilasetmə Xidməti birləşdirilib. Yeni yaradılan qurum bundan sonra Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti adlanacaq.
Meliorasiya və Su Təsərrüfatı ASC, "Azərsu” ASC, "Azəravtoyol” ASC və başqa dövlət qurumlarında kütləvi ixtisarlar gözlənildiyi barədə də xəbərlər yayılıb. "Azərsu”, Meliorasiya və Su Təsərrüfatı səhmdar cəmiyyətlərinin ləğv edilməsi, onların bazasında Dövlət Su Agentliyinin yaradılması, Energetika Nazirliyinin ləğv edilməsi və funksiyalarının bir qisminin Neft Şirkətinə, digər qisminin isə İqtisadiyyat Nazirliyinə veriləcəyi də deyilir”.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti adı çəkilən qurumda ixtisarlar aparılacağı ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.
Nazirlikdən daxil olan məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Fövqəladə Hallar Nazirliyində ixtisarlar barəsində həqiqətə uyğun olmayan xəbərlər yer alıb. FHN mətbuat xidməti bildirib ki, hələ 2016-cı ilin noyabrında Azərbaycan prezidenti İlham Əliyev fövqəladə hallarla mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb. Bu fərmana əsasən kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, habelə su hövzələrində xilasetmə işinin təşkili sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin və Dövlət Sularda Xilasetmə Xidmətinin bazasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yaradılıb.
"Fövqəladə Hallar Nazirliyi Xidmətin əsasnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etdikdən sonra prezident İlham Əliyevin 2017-ci il 19 aprel fərmanı ilə yeni qurumun Əsasnaməsi təsdiq olunub. Göründüyü kimi, bu tədbir idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilib və əməkdaşların ixtisarı ilə heç bir əlaqəsi yoxdur”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi